Icma.az
close
up
RU
Stokholmda Azərbaycanın yaddaqalan təqdimatı

Stokholmda Azərbaycanın yaddaqalan təqdimatı

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stokholm, 2 sentyabr, Nərgiz Cəfərli AZƏRTAC

Bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində yerləşən məşhur və sevilən məkanlardan birində Azərbaycanın mədəniyyətinə, incəsənətinə, müstəqillik əldə etdikdən sonra qazandığı uğurlara həsr edilmiş möhtəşəm və məzmunlu təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İsveç-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (SAF) sədri Sevda Dadaşova tərəfindən təşkil olunub.

Qonaqlar arasında müxtəlif təşkilatların nümayəndələri ilə yanaşı, ABŞ-ın “Rotary” cəmiyyətinin üzvləri də yer alıb.

Təqdimat zamanı Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəniyyəti, kulinariyası və idman nailiyyətlərini əks etdirən videomateriallar nümayiş etdirilib.

Sevda Dadaşova iştirakçılara 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib. O qeyd etdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

O, avqustun 8-də Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüşü Cənubi Qafqazın gələcək taleyi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirib. Bildirib ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən bu görüş uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsinin yekun həllinə dair siyasi iradənin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşün nəticəsi olaraq tərəflər diplomatik münasibətlərin bərpası, ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər. Bu addım bölgədə sabitliyin və davamlı sülhün təmin olunması baxımından tarixi hadisədir.

SAF-ın sədri diqqətə çatdırıb ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət, öz müstəqil dövlətinə sahib oldu. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbiti ilə yanaşı, həm də Şərqdə ilk dəfə qadına səsvermə imkanı vermiş oldu. Müqayisə üçün xatırlatmaq yerinə düşərdi ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə qəbul edilib...

O, həmçinin İsveç ilə Azərbaycan arasında tarixi bağlara da diqqət çəkib: “Azərbaycan-İsveç əlaqələrinin böyük tarixi var. Nobel qardaşlarının ölkəmizdəki fəaliyyəti iki xalqın dostluq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olaraq gələcək nəsillərə örnək qismində xidmət edir”.

Tədbir çərçivəsində İsveç bazarında satışa çıxarılan “Vikinqlərin bayramı” adlı Azərbaycan şərabının da təqdimatı olub. Şərabın bu adla adlandırılmasının səbəbini SAF üzvü, gənc şairə Nərgiz Mələk izah edib. O, dəfələrlə Azərbaycana səfər etmiş və Qobustanda tədqiqat aparmış norveçli alim Tur Heyerdalın araşdırmalarından bəhs edərək vikinqlərin Azərbaycanla tarixi bağlılığını elmi əsaslarla açıqlayıb.

Sonra Sevda Dadaşova qonaqların çoxsaylı suallarını cavablandırıb.

Tədbirin yekununda “Rotary” cəmiyyətinin prezidenti Björn Vesterberq Azərbaycana dair bu əhəmiyyətli təqdimatın yüksək səviyyədə təşkilinə görə Sevda Dadaşovaya təşəkkürnamə təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri