Icma.az
close
up
RU
Stokholmda Qərbi Azərbaycan mədəni irsi ilə bağlı tədbir keçirilib

Stokholmda Qərbi Azərbaycan mədəni irsi ilə bağlı tədbir keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

19 İyul tarixində Isveçin paytaxtı Stokholm şəhərində Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar Ictimai Birliyinin layihəsi və Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycan mədəni irsi " beynəlxalq təbliğat kampaniyasının təşkili mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ictimai Birliyin Idarə Heyətinin üzvü, layihənin rəhbəri Anar Turan layihənin əhəmiyyəti və təşkilatin fəaliyyəti barədə məlumat verərək bildirib ki, uzun onilliklər siyasi gündəlikden çıxarılan Qərbi Azərbaycan movzusu  hazırda Azərbaycan dövlətinin prioritet siyasi istiqamətlərindən biridir. Mövzunun beynəlxalq arenada təbliği, soydaşlarımızın mədəni huquqlarinin tanınması strateji əhəmiyyət daşıyır. Layihə rəhbəri qeyd edib ki, mövzunun aktuallığını nəzərə alaraq ictimai institutlar, QHT və media sektoru bu sahədə aktivlik və birlik  nümayiş etdirməlidir.

Professor Əfsər Sadıqov çıxışında qeyd edib ki, Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsi bu ərazilərdən deportasiya olunmuş soydaşlarımızın ləyaqətlə və təhlükəsiz qayıtmasını təmin etmək məqsədi daşıyır. Bu, mülki şəxslərin və hərbi əsirlərin müdafiəsi ilə bağlı 1949-cu il Dördüncü Cenevrə Konvensiyasının müddəalarına uyğun gəlir və həmçinin onların geri qayıtdıqdan sonra hüquqlarının müdafiəsi üzrə təminatları nəzərdə tutur.

O, həmçinin əlavə edib ki, mədəni irs hər bir xalqın milli kimliyinin ən mühüm elementidir, onun ideoloji, mənəvi-siyasi inkişafını müəyyən edir və deməli, millətin mövcudluğu ilə birbaşa bağlıdır.

İsveçdə yaşayan hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri Saleh Kamrani vurğulayıb ki, Qərbi azərbaycanlıların mədəni hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə aparılmalı və insan hüquq və azadlıqları kontekstində nəzərdən keçirilməlidir. O, tədbirin insan hüquqlarının müdafiəsi üzrə güclü ənənələrə malik və Avropa Şurasında fəal mövqeyi olan İsveçdə keçirilməsini yüksək qiymətləndirib.

Tədbirdə, həmçinin Azərbaycan diasporunun nümayəndələri Cavanşir Əmir Haşimi, Sevda Dadaşova, Ayda Əmir Haşimi, Nadir Hollenbrand, Babək Azəroğlu və Eluca Atalı çıxış ediblər.

Qərbi Azərbaycan irsinə həsr olunmuş tədbir onun mədəni irsinə həsr olunmuş fotosərginin və kitab ekspozisiyasının təqdimatı ilə başa çatıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyul 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri