Icma.az
close
up
RU
Qərbi Azərbaycan 100 ildə : Tədbir keçirilib

Qərbi Azərbaycan 100 ildə : Tədbir keçirilib

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, əvvəlcə bu mövzuda Qərbi Azərbaycan Televiziyasının hazırladığı film nümayiş etdirilib. Daha sonra tədbirin moderatoru, Milli Məclisin Gənclər və İdman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayilov tədbiri açaraq gənclərlə Qərbi Azərbaycan mövzusunda keçirilən görüşlərin silsilə hal aldığını, bu müzakirələrin gənclərin sözügedən mövzuda daha ətraflı məlumata malik olmasında önəmli rolunun olduğunu qeyd edib. Ardınca Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb. 

Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edərək Qərbi Azərbaycandan olan şəxsiyyətlərin Azərbaycan tarixində və dövlətçiliyində rolundan bəhs edib. Dilarə Seyidzadə bu ziyalıların keçdiyi işıqlı həyat yoluna toxunub. 

ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Qərbi Azərbaycan reallıqlarının çatdırılmasında universitetlərin rolundan bəhs edərək tələbələrin bu həqiqətlərin dünyaya çatdırılması prosesində fəal olmasının vacibliyini vurğulayıb. Sonda Azərbaycanın dövlətçilik tarixində İrəvan xanlığının rolu mövzusunda tarix elmləri doktoru, Güntekin Nəcəfli çıxış edərək İrəvan xanlığının zəngin tarixindən, bölgənin həyatında oynadığı mühüm rolundan danışıb. Tədbir sual cavabla yekunlaşıb.

Səbinə Uğur 
Cebheinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Mart 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri