Icma.az
close
up
RU
“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim keçirilib FOTO

“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim keçirilib FOTO

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim keçirilib.
APA xəbər verir ki, təlim proqramı iki fərqli qrup üçün dörd sessiya üzrə təşkil olunub. Sessiyalar “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, eləcə də “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi” mövzularını əhatə edir.

Təlimdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli qeyd edib ki, “storytelling” bu gün jurnalistikanın auditoriyaya təsir imkanlarını genişləndirən, ideyanın daha dolğun və cəlbedici formada çatdırılmasına şərait yaradan, jurnalistin yaradıcı imkanlarını ön plana çıxaran və fərdi üslubun formalaşmasına təkan verən mühüm vasitədir: “Ənənəvi yazı texnikaları yeni məzmun formaları ilə uzlaşdırılıb, eləcə də publisistik mətnləri hipermətn mühitinə uyğunlaşdırılıb. Bundan əlavə, köşə yazarlığı oxucu üçün daha cəlbedici hala gətirilib”.

O, hazırkı media mühitinin əsas çağırışları sırasında olduğunu diqqətə çatdırıb: “Beynəlxalq təcrübəyə əsaslanan “storytelling” yanaşmalarının və müasir narrativ strukturların tətbiqi məlumatın daha anlaşılan təqdim olunmasına, auditoriya ilə emosional əlaqənin qurulmasına və ictimai təsirin gücləndirilməsinə mühüm töhfə verir”.

Qeyd edək ki, təlim 9-10 dekabr tarixlərini əhatə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri