Strasburq məhkəməsi Gürcüstanın Rusiyaya qarşı şikayətini təmin edib
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İnsan Haqları Məhkəməsi “Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası iş üzrə qərar qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, qərarla Rusiya 2008-ci il münaqişəsindən sonra sərhəd nəzarətinin sərtləşdirilməsi nəticəsində insan haqlarının pozulmasına görə Gürcüstanın 29 mindən çox vətəndaşına 253 018 000 avro məbləğində təzminat ödəməyə məcbur edilib.
Məhkəmə Gürcüstan hökumətinə Rusiyanın ödəyəcəyi vəsaitlərin zərərçəkmişlərə paylanılması məqsədilə effektiv mexanizmin yaradılmasını tapşırıb. Zərərçəkmişlərin vəsaitləri almaları üçün müddət 18 ay müyyən edilib.
Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib ki, Rusiya artıq Avropa Şurasının üzvü olmasa da, ölkə məhkəmənin qərarlarını icra etməyə borcludur. Həmin qərarların yerinə yetirilməsi üzrə işlər Avrop Şurasının Nazirlər Komitəsinin çərçivəsində Gürcüstanın fəal iştirakı ilə aparılır.
Qeyd edək ki, ötən il sözügedən iş üzrə Strasburq məhkəməsi Gürcüstanda işğal xətti boyu Rusiya tərəfindən gürcü sakinlərə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının çoxsaylı pozuntularını aşkarlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















