Strasburq məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri ilə bağlı qərar verdi
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Strasburq məhkəməsinin qərarı ilə Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin nazir olduğu müddətdə Gürcüstan ordusu üçün nəzərdə tutulmuş dövlət büdcəsini israf etdiyi və ona qarşı heç bir siyasi təqibin olmadığı təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.
2021-ci ildə Gürcüstanın Ali Məhkəməsi D.Kezeraşvilini 5 milyon avro həcmində məbləğin mənimsənilməsi işində təqsirli bilib və o, qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub. O, 2013-cü ildə Gürcüstanı tərk edib. Onun İsrail vətəndaşlığı var. Gürcüstanda fəaliyyət göstərən müxalif “Formula” telekanalının ona məxsus olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 05 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















