Icma.az
close
up
RU
Strasburq ölkəmizdə jurnalistikanı təşviq deyil, təhdid edir

Strasburq ölkəmizdə jurnalistikanı təşviq deyil, təhdid edir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Peşəkar jurnalistikanı ciddi şəkildə təhdid edən aktul problemlər, qlobal proseslər mövcuddur. Bu sırada “texnologiya nəhənglərinin” informasiya ekosistemində dominantlığı ələ keçirməsindən başlamış, generativ süni intellekt texnologiyalarının mediaya neqativ təsirlərinə, aparıcı sosial şəbəkə platformalarının reklam gəlirlərini özünə çəkərək media-biznes modelini məhv etməsinə qədər ən müxtəlif istiqamətlər mövcuddur. Bu yeni tendensiyalarla yanaşı, ənənəvi problemlər də qalıb, davam edir və onlar peşəkar media mühitini təhdid edirlər.

Məsələn, jurnalistlərin təhlükəsiz şəkildə fəaliyyət göstərmək hüquqlarının pozulması kimi klassik problem indi daha da intensivləşib; daha kobud, ağır forma alıb. Statistika mərkəzləri qeyd edirlər ki, son 4 il ərzində, yəni Rusiya–Ukrayna müharibəsinin başlanması və İsrail–Həmas savaşı fonunda Yaxın Şərq regionunda gərginliyin artmasından sonra jurnalistlər üçün olduqca təhlükəli dövr başlayıb. Bu 4 il ərzində təqribən 300 nəfər jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb. 470 nəfər jurnalist yaralanıb, ağır xəsarətlər alıb. 90 nəfər jurnalist girov götürülüb və ya həbs edilib.

Bu cür klassik problemlərin “modern” təhdidlərlə çulğaşması peşəkar media mühitini boğur, faktiki olaraq, onu məhv edib sıradan çıxarır. Mediaya aidiyyəti olan beynəlxalq təşkilatların, qlobal platformaların birbaşa missiyasıdır ki, həmin problemlərin həlli üçün səmərəli təkliflər versinlər və təkidli tələblərlə onların həllinə nail olsunlar. Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması (AŞJMTTP) da bu məqsədlə təsis edilib. 2014-cü ildə yaradılan Platformanın tərkibində 15 beynəlxalq jurnalist təşkilatı birləşir. Bu 15 təşkilatın fəaliyyətinin AŞJMTTP tərkibində koordinasiya edilməsində məqsəd budur ki, güclərini birləşdirsinlər, “modernləşərək”, güclənən təhdidlərə qarşı çıxış edə bilsinlər.

Çox təəssüf ki, biz bu sahədə heç bir ciddi fəaliyyət və nailiyyət görə bilmirik. Beynəlxalq jurnalist təşkilatları sanki şikəst ediliblər, ölüblər və heç bir funksiyalarını icra edə bilmirlər. Medianın qlobal risklərdən qorumaq üçün nə səmərəli təklifləri var, nə də effektiv addımları. Onlar ildə bir dəfə sınıq-salxaq bəyanatlar verməklə gündəmə gəlirlər. Ölmədiklərini, yaşadıqlarını, fəaliyyət göstərməkdə davam etdiklərini sərgiləmək istəyirlər.

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının “Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatı” da bu streotipin davamıdır. Hesabatda heç bir yenilik yoxdur. Diqqət yetirsək görərik ki, 5 il, 10 il öncə hazırlanmış hesabatları simvolik şəkildə redaktə edərək indi yenidən yayıblar. Medianın modern problemlərini əhatə etmir, təsirli təhdidlərin üzərinə getmir.

Həmin hesabat nəinki köhnə faktlar, tezislər üzərində qurulub, həm də qərəzlidir, qeyri-obyektivdir. Yuxarıda media mühitini ciddi şəkildə təhdid edən qlobal tendensiyalardan bir neçəsini sadaladıq. Həm modern, həm də klassik təhdidləri əks etdirən bu tendensiyaların heç biri, konkret olaraq, Azərbaycanla bağlı deyil. Amma Avropa Şurasının platforması - AŞJMTTP – hesabatda tənqid hədəfi kimi Azərbaycanın və bizim kimi bir sıra dövlətlərin adını önə çəkir. Çox aydın şəkildə görünür ki, bu hesabat real arqumentlər əsasında deyil, siyasi konyukturaya əsaslanan qondarma faktlar əsasında hazırlanıb.

Avropa Şurasının Azərbaycanla mübahisəsi var. Bu mübahisəni ölkəmizə ləkə atmaqla, qisas almaqla həll etmək istəyir. Platformanın yaydığı hesabatda bu tendensiya çox aydın şəkildə görünür.

Amma unutmasınlar ki, Azərbaycana təzyiq göstərməklə nəsə qazanmaq taktikası heç vaxt gözlənilən və arzu edilən effekti verməyib.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri