Icma.az
close
up
RU
Strateji ada, qlobal rəqabət: ABŞ Qrenlandiyanı ilhaq edə bilər? ŞƏRH

Strateji ada, qlobal rəqabət: ABŞ Qrenlandiyanı ilhaq edə bilər? ŞƏRH

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Qrenlandiyanı ilhaq etmə ehtimalı ilə bağlı müzakirələr son günlər beynəlxalq gündəmdə yenidən canlanıb. Arktikada yerləşən və Danimarkanın muxtar ərazisi olan Qrenlandiya həm zəngin təbii ehtiyatları, həm də strateji coğrafi mövqeyi ilə böyük güclərin diqqət mərkəzindədir.

ABŞ üçün bu ada Arktikada hərbi və siyasi təsir imkanlarını genişləndirmək, Rusiyanın bölgədə artan fəallığını balanslamaq və gələcəkdə böyük iqtisadi dəyərə çevrilə biləcək nadir torpaq elementlərinə çıxış əldə etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Lakin belə bir addım Vaşinqtonu bir sıra ölkələrlə ciddi qarşıdurma riski ilə üz-üzə qoya bilər. İlk növbədə, Qrenlandiyanın rəsmi sahibi olan Danimarka ilə münasibətlər kəskin şəkildə pisləşə, məsələ NATO və Avropa İttifaqı daxilində dərin siyasi böhrana çevrilə bilər. Eyni zamanda, Arktikanı strateji təhlükəsizlik zonası hesab edən Rusiya və bölgədə iqtisadi mövcudluğunu artırmağa çalışan Çin də ABŞ-ın bu cür addımını öz maraqlarına təhdid kimi qiymətləndirə bilər. Bu baxımdan Qrenlandiya ətrafında mümkün gərginlik təkcə bir ərazi mübahisəsi deyil, qlobal güclər arasında yeni geosiyasi rəqabətin göstəricisi kimi dəyərləndirilir.

Maraqlıdır, görəsən ABŞ Qrenlandiyanı həqiqətən ilhaq edə bilər? Bəs bu addım onu bölgədə əsas faktora çevirəcək? Turkustan.az olaraq mövzu ilə bağlı bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Amerika Birləşmiş Ştatlarının Qrenlandiyaya marağı yeni deyil. Bu maraq təxminən yüz əlli il əvvələ gedib çıxır. ABŞ Qrenlandiyanı ilk növbədə öz milli təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik bir ərazi kimi qiymətləndirməyə başlayıb. Adanın geostrateji mövqeyi, əhəmiyyəti və zəngin təbii sərvətləri Vaşinqtonun diqqətini daim cəlb edib. İkinci Dünya müharibəsindən sonra Danimarka ilə imzalanan razılaşmalar çərçivəsində ABŞ Qrenlandiyada hərbi bazalar yaradıb və bu mövcudluq bu günə qədər davam edir.

Hazırda Amerika Birləşmiş Ştatları Qrenlandiyanı təhlükəsizlik və strateji nəzarət baxımından öz təsir dairəsində saxlamaq və bu mövqeyini daha da gücləndirmək niyyətindədir. ABŞ-nin Qrenlandiyaya baxışının üç əsas səbəbi var. Birinci səbəb adanın ABŞ-nin milli təhlükəsizliyi üçün oynadığı roldur. Qrenlandiya Arktikaya yaxınlığına görə Amerikanın müdafiə və erkən xəbərdarlıq sistemlərində mühüm yer tutur. İkinci səbəb Qrenlandiyanın zəngin təbii ehtiyatlarıdır.

Buraya nadir torpaq elementləri, strateji minerallar və digər qiymətli yeraltı sərvətlər daxildir. Bu resursların Qrenlandiyada hasil edilməsi həm ABŞ-nin, həm də Qərb ölkələrinin Çindən bu cür xammal asılılığını ciddi şəkildə azalda bilər. Üçüncü səbəb isə qlobal istiləşmə nəticəsində Arktika buzlaqlarının tədricən əriməsi və Qrenlandiyanın gələcəkdə mühüm dəniz nəqliyyat dəhlizinə çevrilmə potensialıdır.

Bu amil qlobal ticarət və geosiyasi balans baxımından böyük əhəmiyyət daşıyır. Məhz bu səbəblərə görə Donald Tramp Qrenlandiya məsələsində israrlı mövqe sərgiləyib. Avropa ölkələri bu yanaşmaya qarşı açıq etiraz nümayiş etdirirlər. Tramp administrasiyası isə cavab olaraq Avropadan idxal edilən mallara əvvəlcə 10 faiz, daha sonra isə 25 faizə qədər gömrük rüsumları tətbiq edə biləcəyini bəyan edib. Amerika cəmiyyətində və siyasi dairələrdə bu məsələ ilə bağlı vahid mövqe yoxdur.

Təkcə müxalifət partiyalarında deyil, Trampın öz partiyası daxilində də bu təşəbbüsə qarşı çıxanlar az deyil. Buna baxmayaraq, ABŞ prezidentinin bu mövzudan tamamilə geri çəkiləcəyi ehtimalı zəif görünür. Böyük ehtimalla ABŞ Qrenlandiyanı birbaşa ilhaq etməyəcək. Lakin adanın idarə olunmasında söz sahibi olmaq, nəzarət mexanizmlərində iştirak etmək və xüsusilə nadir mineralların istismarı sahəsində ciddi imtiyazlar əldə etməyə çalışacaq.

Bu cür güzəştlər müqabilində ilhaq ideyasından imtina edilə bilər. Qrenlandiyanın birbaşa ilhaqı mövcud qlobal təhlükəsizlik sistemi üçün ciddi risklər yarada, həmçinin ABŞ ilə Avropa arasında münasibətlərin kəskin şəkildə gərginləşməsinə səbəb ola bilər. Avropanın öz təhlükəsizliyi, Rusiyadan qaynaqlanan risklər və NATO çərçivəsində mövcud balanslar nəzərə alındıqda, belə bir ssenari heç bir tərəfin maraqlarına uyğun deyil. Yaxın dövrdə bu məsələnin Davos İqtisadi Forumu kimi beynəlxalq platformalarda və ABŞ–Avropa danışıqları çərçivəsində müzakirə ediləcəyi gözlənilir.

Mümkün kompromis variantlarından biri ABŞ-nin Avropanın təhlükəsizliyinə təminat verməyə davam etməsi qarşılığında Qrenlandiyada xüsusi iqtisadi və strateji imtiyazlar əldə etməsidir. Bu halda ilhaq məsələsi ən azı müvəqqəti olaraq gündəmdən çıxarıla bilər. Lakin aydındır ki, dünya yeni bir geosiyasi düzənə doğru irəliləyir və bu yeni dünya nizamında Qrenlandiyanın rolu getdikcə daha da əhəmiyyətli olacaq.

Bu səbəbdən Qrenlandiya məsələsi uzun müddət ABŞ ilə Avropa arasında danışıqların, maraqların toqquşmasının və geosiyasi rəqabətin əsas mövzularından biri olaraq qalacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Yanvar 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri