Icma.az
close
up
RU
Strateji birlik, ortaq gələcək ŞƏRH

Strateji birlik, ortaq gələcək ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Türkmənistanı Türkmənbaşı şəhəri avqustun 22-də tarixi bir hadisəyə şahidlik etdi. Türkmənistan, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək səviyyəli görüşü yalnız bir diplomatik addım deyildi. Bu, Türk dünyasının siyasi gələcəyinə yazılan yeni səhifə idi. Cənab Prezident İlham Əliyevin bəyanatı isə bu görüşün mahiyyətini ən dolğun şəkildə ifadə etdi və qardaşlıqdan strateji əməkdaşlığa doğru atılan əmin addım olduğunu söylədi.
Azərbaycan Prezidenti çıxışında Türkmənistanda gedən proseslərə yüksək dəyər verdi: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir.” Prezident İlham Əliyevin sözlərində bir siyasi mesaj da vardı: sabitlik və inkişaf yalnız müdrik rəhbərlik sayəsində mümkündür. Türkmənistan liderlərinin quruculuq xətti Avazadan Arxadağa qədər hər guşədə özünü göstərir. Arxadağla Füzuli şəhərlərinin qardaşlaşması isə bu prosesin simvolik möhürüdür. Bu sənəd əslində bir həqiqəti təsdiqlədi – türkmən və azərbaycan xalqları tarix boyu bir ailə olublar, bu gün isə müstəqil dövlətlər kimi eyni ruhla yeni üfüqlərə addımlayırlar. Prezident İlham Əliyevin fikirləri bir daha sübut etdi ki, Bakı və Aşqabad arasında dialoq yalnız formal münasibətlərdən ibarət deyil: “Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək.” Bu, sadəcə ikitərəfli dostluq yox, çoxtərəfli əməkdaşlığın da açarıdır. Çünki hər iki dövlətin mövqeləri üst-üstə düşür, maraqları uzlaşır və siyasi iradələri bir istiqamətə yönəlib. Ən təsirli məqamlardan biri Türkmənistanın Qarabağa töhfəsi oldu. İlham Əliyev bəyan etdi ki, türkmən lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid inşa ediləcək: “Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır.” Bu məscid təkcə dini məbəd deyil, həm də türk xalqlarının birliyinin daş kitabəsi olacaq. Qarabağın qəlbində yüksələcək bu məscid azərbaycanlıların qəlbində əbədi minnətdarlıq işığı kimi yaşayacaq. Azərbaycan lideri bəyanatında Özbəkistanın dəstəyini də xüsusi vurğuladı. Şavkat Mirziyoyevin təşəbbüsü ilə Xankəndidə fəaliyyət göstərən böyük tikiş fabriki artıq iki yüzdən çox insana, xüsusən də qadınlara iş yeri verib. Prezident İlham Əliyevin sözləri ilə desək, bu, Qarabağın dirçəlişinə qardaş özbək xalqının qiymətli hədiyyəsidir. Daha öncə isə Füzulidə açılmış Mirzə Uluqbəy adına 960 şagirdlik məktəb gələcək nəsillərə ünvanlanmış ən dəyərli töhfələrdən biri oldu. Qarabağda oxuyan hər bir gənc bu məktəbi özbək qardaşlığının yadigarı kimi görəcək. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub.” Bu, sadəcə diplomatik kompliment deyil, gerçəklərin diktə etdiyi həqiqətdir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Qarabağın bərpası proseslərində Özbəkistan və Türkmənistanın dəstəyi əməldə qardaşlığın canlı nümunəsi oldu. Bu zirvə görüşü diplomatiyanın sadə bir aktı yox, bölgədə yeni əməkdaşlıq modelinin elanıdır. Dövlətimizin başçısı İlham Əliyev bunu belə səciyyələndirdi: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.” Nəqliyyat, tranzit, enerji, elektroenergetika, neft, qaz və mədəniyyət sahələrində nəzərdə tutulan birgə fəaliyyət planı artıq üçtərəfli əməkdaşlığın reallığa çevriləcəyini göstərir. Türkmənistan–Azərbaycan–Özbəkistan zirvəsi bir gerçəyi təsdiqlədi: Türk coğrafiyası yeni siyasi güc mərkəzi formalaşdırır. Cənab Prezident İlham Əliyevin Avaza bəyanatı isə bu siyasi xəritənin konturlarını cızdı – qardaşlıq, əməkdaşlıq, strateji tərəfdaşlıq və sabitlik. Bu gün imzalanan sənədlər sabah bölgəmizin inkişaf yolunu müəyyən edəcək. Bu yolun əsasında isə bir söz dayanır: əməldə qardaşlıq, strateji birlik, ortaq gələcək.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri