Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Strateji əməkdaşlıqda yeni mərhələ

Strateji əməkdaşlıqda yeni mərhələ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanın ikitərəfli əməkdaşlığa verdiyi önəm qarşılıqlı səfərlərin dinamikliyi fonunda özünün aydın ifadəsini tapır. Bu gün ölkə mətbuatında əsas müzakirə mövzularından biri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəridir. Təbii ki, səfər başa çatsa da müzakirə olunan məsələlər, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması, səfərin əhəmiyyətini, perspektivləri açıqlayan mətbuata bəyanatda səsləndirilən çağırışlar və sair diqqətdən kənarda qala bilməz.  Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münaibətlərimizin gələcəyinə xidmət edəcək mühüm məsələlər ətrafında fikir mübadiləsi apardı, mətbuata birgə bəyanatlarında qarşılıqlı etimada əsaslanan əlaqələrimizin daha da möhkəmlənməsində hər iki tərəfin maraqlı olduğu qeyd olunaraq hədəflər diqqətə çatdırıldı. Ümumilikdə, Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə söykənir. Cənab İlham Əliyevin səfər çərçivəsində keçirdiyi geniş tərkibdə görüşdə qeyd etdiyi kimi, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: “Bu mühüm məqam iki ölkə arasında formalaşan sıx münasibətlərin başlanğıcı kimi dəyərləndirilir.  Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başladı, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənir. İki ölkə arasında təmasların qurulmasında, möhkəm təməlin yaradılmasında  Ümummilli Lider Heydər Əliyevin rolu böyükdür. Onun 1996-cı ildə  dost və qardaş ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm amil oldu. Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin daha da inkişafı istiqamətində davamlı addımlar atır. Təkcə tarixi Zəfərimizdən sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açan qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev ötən il Pakistanda dövlət səfərində oldu. Bu səfərin əhəmiyyətini təsdiqləyən mühüm amillərdən biri əməkdaşlığın müxtəlif sahələrini əhatə edən  15 sənədin imzalanması oldu. Ötən il, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbiri çərçivəsində Prezident İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin görüşü oldu. Hazırkı dövrün əsas çağırışı olan yaşıl enerji sahəsində əməkdaşlıq müzakirə edilən əsas məsələrdən biri idi. Onu da qeyd edək ki, Pakistanın Baş nazirinin  bu günlərdə ölkəmizə reallaşdırdığı səfər zamanı imzalan 10 sənədin əksəriyyəti iki ölkənin enerji şirkətləri arasında oldu. Əməkdaşlıqda iqtisadi amil əsasdır”.

Millət vəkili vurğulayıb ki, davamlı  təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaradır: “Dövlət başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, dinamika ölkələrimiz arasında  münasibətləri əks etdirir. Ökələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı , Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşularaq, bu qurum çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə etdi. Ölkəmizin  D-8-ə üzvlüyü Pakistan da daxil olmaqla, digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb”.

Malik Həsənov diqqəti dost Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstəyinə yönəldib: “Bu dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul etdi. Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirir, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıqla məhdudlaşmır, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq nümunəsini təqdim edir. Münasibətlərimizin gələcək inkişafı üçün  geniş imkanlar yaranır”.

Millət vəkili bildirib ki, Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir: “Sözügedən səfər çərçivəsində təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatda dövlət başçısı İlham Əliyev diqqəti bu sahədə əməkdaşlığa yönəldərək bildirdi ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq,  birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə edildi. Bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Ölkəmiz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edir. Bu əminlik də ifadə edildi ki, birgə istehsal ilə ixracyönümlü təchizat daha da artacaq”.

Malik Həsənov vurğulayıb ki, hər iki ölkənin birgə atdığı addımlar regionda və dünyada sabitliyə töhfə verəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iki dost ölkənin münasibətlərinin gələcəyini belə xarakterizə etdi: “Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və bu qardaşlıq dünya var olduqca yaşayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see516

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see342

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see272

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see262

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see259

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see256

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see245

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see237

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see220

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see217

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see215

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see212

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see209

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see208

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see199

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see199

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see198

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see194

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see190

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri