Icma.az
close
up
RU
Strateji əməkdaşlıqda yüksələn dinamizm

Strateji əməkdaşlıqda yüksələn dinamizm

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

“Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bu gün regionda formalaşan yeni siyasi və iqtisadi reallıqların mahiyyətini, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlığın yüksələn dinamizmini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin açıqlamaları təkcə ikitərəfli münasibətlərin deyil, həm də Avrasiya məkanında meydana gələn genişmiqyaslı geosiyasi və geoiqtisadi proseslərin analizi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən ortaq tarixi-mədəni irs, türk mənəvi dəyərləri və coğrafi yaxınlıq bu əməkdaşlığın təməl sütunlarıdır. Xəzər dənizi bu inteqrasiyanın mərkəzində dayanır. Bir tərəfdən fiziki sərhəd kimi görünən Xəzər, digər tərəfdən ölkələrimizi birləşdirən, iqtisadi və strateji sinergiyanın əsas arteriyası kimi çıxış edən mühüm geosiyasi məkandır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycanın ardıcıl iştirakı bu birlikdə Bakının artan rolunu daha da möhkəmləndirir. Prezidentin qeyd etdiyi kimi, ikitərəfli və çoxtərəfli formatlarda son illər müşahidə olunan intensiv siyasi dialoq, qarşılıqlı səfərlərin dinamizmi, region dövlətləri ilə qurulan strateji və müttəfiqlik münasibətləri bu əməkdaşlığın dərinliyini əyani şəkildə göstərir.

Bu kontekstdə Azərbaycan–Özbəkistan münasibətləri xüsusi yer tutur. Tarixi köklər, dil və etnik yaxınlıq, mənəvi dəyərlər və ənənələr bu münasibətlərin təməlini təşkil edir. Müsahibədə xüsusilə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq münasibətləri strateji tərəfdaşlığın mühüm amili kimi vurğulanır. Son illər dövlət başçıları arasında keçirilən çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış Bəyannamələr və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin ən yüksək səviyyəyə çatdığını göstərir. Qarabağın bərpasına Özbəkistanın, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasına verdiyi töhfə qardaşlığın real təzahürüdür və Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

İkitərəfli iqtisadi münasibətlər də misilsiz dinamika nümayiş etdirir. Ticarət dövriyyəsində 2024–2025-ci illərdə müşahidə edilən yüksək artım tempinin davam etməsi, investisiya qoyuluşları, ortaq müəssisələrin – xüsusilə Xankəndidə yaradılan tikiş fabrikinin fəaliyyəti iqtisadi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və 500 milyon dollarlıq sərmayə portfeli ölkələrimiz arasında iqtisadi inteqrasiyanın gələcək perspektivlərini daha da genişləndirir.

Regionda nəqliyyat-logistika əməkdaşlığı strateji əhəmiyyət kəsb edən sahələrdən biridir. Azərbaycan Orta Dəhlizin mühüm halqası kimi Özbəkistan və Mərkəzi Asiya ölkələri üçün əsas tranzit qapısına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, genişlənən Ələt Beynəlxalq Ticarət Limanı, müasir ticarət donanması və hava limanı infrastrukturu Bakının qlobal nəqliyyat mərkəzinə çevrilməsinə real zəmin yaradır. Tranzit yüklərin həcminin artması, Zəngəzur dəhlizinin açılmasının perspektivləri region dövlətləri üçün yeni əməkdaşlıq imkanları formalaşdırır və Mərkəzi Asiya ilə Qafqazı daha sıx birləşdirir.

Energetika sahəsində Azərbaycan–Özbəkistan əməkdaşlığı neft-kimya, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji istiqamətləri üzrə genişlənir. Üçtərəfli – Azərbaycan, Qazaxıstan və Özbəkistan formatında yaşıl enerji üzrə imzalanmış sənədlər regionda dayanıqlı inkişaf modellərinin formalaşmasına xidmət edir. Mədəni-humanitar əməkdaşlıq isə xalqlarımızı birləşdirən ən mühüm sahələrdən biridir. Mədəniyyət günlərinin qarşılıqlı təşkili, Şuşa və Xivə kimi tarixi şəhərlərdə keçirilən tədbirlər, regionlararası qardaşlaşma layihələri xalqlar arasında birbaşa əlaqələri gücləndirir və qarşılıqlı anlaşmanı dərinləşdirir. Daşkənddə Ulu Öndərin adını daşıyan “Heydər Əliyev meydanı” və Bakıda “Özbəkistan” parkının salınması bu əlaqələrin rəmzi məna daşıyan göstəriciləridir. İdman sahəsində birgə təşkil olunacaq 2027 U-20 Dünya Çempionatı isə Azərbaycan və Özbəkistanın qlobal səviyyədə birgə təmsilçiliyi baxımından tarixi nailiyyətdir.

Media və QHT-lər arasında əməkdaşlığın son illər daha intensiv xarakter alması da ictimai diplomatiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Daşkənd və Bakıda təşkil olunan Media və QHT forumları bu sahədə davamlı dialoq mühitinin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə ikitərəfli çərçivədə deyil, həm də Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq platformalarda strateji sinerji yaradan əməkdaşlıq modelinə çevrilib. Bu model regionda sülhün, sabitliyin və inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın Özbəkistanla əlaqələrə verdiyi yüksək qiymət və irəliyə yönəlmiş baxışı iki ölkənin qarşılıqlı etimad, strateji əməkdaşlıq və qardaşlıq üzərində qurulan münasibətlərinin gələcək illərdə daha da möhkəmlənəcəyinin xəbərçisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Noyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see278

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see270

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see258

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see257

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see252

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see247

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see244

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see233

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see225

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see218

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see208

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see208

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see205

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see203

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see194

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see186

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see186

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see172

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri