Icma.az
close
up
RU
Strateji sahələr bir məkanda: Bakının 2026 cı il sərgi xəritəsi

Strateji sahələr bir məkanda: Bakının 2026 cı il sərgi xəritəsi

Icma.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycan Respublikasında 2026-cı il ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan olunub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkədə dayanıqlı şəhər inkişafının təşviqi, müasir memarlıq yanaşmalarının tətbiqi, innovativ texnologiyaların istifadəsi və beynəlxalq təcrübənin mənimsənilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Bu strateji prioritetlər fonunda, 2026-cı ildə Bakıda keçiriləcək beynəlxalq sərgilər və forumlar şəhər mühitinin inkişafı, infrastrukturun modernləşdirilməsi və müxtəlif sənaye sahələrinin qarşılıqlı əlaqəsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İl ərzində paytaxtda kənd təsərrüfatı, qida sənayesi, enerji, logistika və nəqliyyat, müdafiə, təhlükəsizlik, tikinti və səhiyyə sahələrini əhatə edən beynəlxalq sərgilər təşkil olunacaq. Bu tədbirlər “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri tərəfindən keçiriləcək.

Tədbirlər həm yerli, həm də xarici şirkətlər, dövlət qurumları və sahə üzrə mütəxəssislər üçün əməkdaşlıq, təcrübə mübadiləsi və biznes əlaqələrinin qurulması baxımından mühüm platforma rolunu oynayacaq.

Bütün bu sərgilər müvafiq dövlət qurumlarının və sahələr üzrə məsul strukturların dəstəyi ilə təşkil olunur.

Yaz–yay mövsümü: may və iyun aylarında intensiv sərgi dövrü

2026-cı ilin sərgi mövsümü may ayında paralel keçiriləcək bir neçə irimiqyaslı beynəlxalq tədbirlə başlayacaq.

5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun kənd təsərrüfatı və qida sənayesi üzrə mühüm və irimiqyaslı tədbirləri – “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi təşkil ediləcək.

Qeyd etmək lazımdır ki, bu il “Caspian Agro” sərgisi yeni brend - “Caspian Agro Week” adı ilə təşkil ediləcəkdir. Təşkilatçılar inanırlar ki, bu, sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaqdır.

Bu sərgilər kənd təsərrüfatı, qida istehsalı, emalı və HORECA sektoru üzrə ən son texnologiya və həllərin təqdim edildiyi vahid platforma olacaq.

1–3 iyun tarixlərində isə ilin ən mühüm və ən genişmiqyaslı tədbirlərindən biri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorunun əsas istiqamətlərini əhatə edən beynəlxalq sərgilər və forum təşkil olunacaq. Tədbir enerji təhlükəsizliyi, enerji keçidi, bərpa olunan enerji mənbələri, neft-qaz sənayesində innovasiyalar və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün mühüm platforma rolunu oynayır.

“Baku Energy Week” çərçivəsində aşağıdakı tədbirlər baş tutacaq:

“Caspian Oil & Gas” – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (1–3 iyun)

“Caspian Power” – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (1–3 iyun)

“Baku Energy Forum” – 31-ci Bakı Enerji Forumu (1–2 iyun)

Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə - 1-3 iyunda, “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək. 3 iyun tarixində isə bu sərgi çərçivəsində “TransLogistica Forum” təşkil olunacaq. Forum beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə edildiyi peşəkar platforma rolunu oynayacaq.

Payız mövsümü: strateji əhəmiyyətli sərgilər

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Təşkil edildiyi illər ərzində “ADEX” sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutmuşdur. Sərgi çərçivəsində müdafiə texnologiyaları, hərbi sənaye, təhlükəsizlik sistemləri və digər məhsullar nümayiş etdiriləcək.

“ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.

14–16 oktyabr tarixlərində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan “Caspian Construction Week” təşkil olunacaq. Tədbir çərçivəsində aşağıdakı sərgilər bir məkanda keçiriləcək:

“BakuBuild” – 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

“Aquatherm Baku” – 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı və Santexnika Sərgisi

“Rebuild Karabakh” – 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi

“Plastex Caspian” – 5-ci Yubiley Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi

“Road & Traffic” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

Payız mövsümü 29–31 oktyabr tarixlərində keçiriləcək “Medinex” – 28-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ilə yekunlaşacaq.

Beynəlxalq sərgilər Azərbaycanda biznes turizminin inkişafında mühüm rol oynayır, eləcə də ölkəyə innovativ texnologiyalar və investisiyalar cəlb edərək, yeni imkanlar üçün mühüm platforma rolunu oynayır.

Çoxsaylı işgüzar qonaqların ölkəyə gəlməsi bütün xidmət sahələrinin — otellərin, restoranların, nəqliyyat şirkətlərinin və digər xidmət müəssisələrinin ən yüksək səviyyədə koordinasiyalı fəaliyyətini tələb edir. Bununla da sərgilər multiplikator effekti yaradır, işgüzar fəallığı stimullaşdırır, qonaqpərvərlik və nəqliyyat sektorunun inkişafına töhfə verir və, təbii ki, ölkənin investisiya cəlbediciliyini daha da möhkəmləndirir.

Beləliklə, “Iteca Caspian” və “Caspian Event Organisers” tərəfindən təşkil olunan sərgilər Bakını müxtəlif sənaye sahələri üzrə beynəlxalq dialoq, texnologiya mübadiləsi və biznes əməkdaşlıqları üçün əsas mərkəzlərdən birinə çevirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Yanvar 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri