Icma.az
close
up
RU
Strateji tərəfdaş, mehriban qonşu

Strateji tərəfdaş, mehriban qonşu

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, mehriban qonşusu və qardaş ölkələrdən biridir. Hər iki ölkəni yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır.
Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin sayəsində yeni mərhələyə qədəm qoyan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, rəsmi Tbilisinin ölkəmizə qarşı mövqeyi hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməmiş, daha da əlaqələrin hərarəti ilbəil artıbdır:
"Prezident İlham Əliyevin Gürcüstana səfərləri, eləcə də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2025-ci ildə ölkəmizə səfəri iki ölkə arasında tarixi-siyasi və strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib.
İki ölkə arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin zirvəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətləri vardır".
Vaqif Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri isə iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacaq:
"Cənab Prezidentin həmkarı Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlərində bəyan edildiyi kimi bizim strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb və bizi qarşıda daha yeni uğurlar gözləyir.
Azərbaycan-Gürcüstan strateji müttəfiqliyi Ermənistan üçün də sülh və sabitlik təminatı verir. Ermənistanla sülh sənədinin imzalanması Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılmasına və bölgədə rifahın, inkişafın möhkəmlənmsəinə dərin töhfələr verəcək.
Onu da xatırladım ki, mənim siyasi yaradıcılığımda mühüm yer tutan gürcü dilində nəşr etdirdiyim kitablarım da ölkələr arasında münasibətlərin inkişafında öz müsbət təsirlərini göstərib. Belə ki, Cənab İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən “O, böyük siyasətə hazırdır” kitabım 1999-cu ildə gürcü dilində nəşr edilərək Tbilisi şəhərində tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə geniş təqdimatı keçirilmişdir".
Professor diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban Əliyevaya həsr etdiyi “Azərbaycanın Mehriban Siması” adlı gürcü dilində nəşr edilmiş kitabı isə 2021-ci ildə böyük təqdimat mərasimi keçirilmiş, tədbirdə çıxış edən tanınmış alim və ziyalılar, ictimai xadimlər bu sanballı kitabın gürcü dilində tərcümə edilməsini ölkələr arasında ictimai-siyasi, elmi-mədəni əlaqələrin qürurverici nümunəsi kimi qiymətləndiriblər:
"2023-cü ildə isə Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik irsindən bəhs edən “Milli Dövlətçiliyimizin Simvolu” adlı kitabım gürcü dilində çap olunaraq Gürcüstan Beynəlxalq Münasibətlər Akademiyasında geniş təqdimatı keçirilmişdir".
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Aprel 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri