Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Güclü dövlət, strateji tərəfdaş

Güclü dövlət, strateji tərəfdaş

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

27 sentyabr - Anım Günü və Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış xüsusi əhəmiyyət daşıyıb. Budəfəki çıxış digər üç çıxışdan fərqli olmaqla bərabər, həm də tarixi idi. İlk növbədə ona görə ki, Azərbaycanın qazandığı böyük Qələbə yeni reallıqlar yaradıb və rəsmi Bakının bütün qlobal-regional proseslərə yanaşması bu reallıqlar kontekstində formalaşır.

Dövlət başçısı tribunadan çıxışı zamanı ədaləti bərpa edən lider kimi çıxış edərək, əldə olunan nailiyyətlərin yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu olduğunu bildirdi. Bir daha Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti, hərbi cinayətlər və nəticədə bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınması faktlarını, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrasız qalması, Ermənistanın cəzasızlıq mühiti sayəsində işğalı davam etdirməsini qlobal ədalətsizlik nümunəsi kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev çıxışında sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi. Zəfərdən dərhal sonra rəsmi Bakı qarşı tərəfə sülh çağırışı etdi. Dövlətimizin başçısı dəfələrlə bildirdi ki, Ermənistanla münasibətlər qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması prinsipi əsasında normallaşdırıla bilər. Bu, regionun gələcəyi üçün strateji seçim idi. Azərbaycanın mövqeyi açıq və ardıcıl olaraq qalır: davamlı sülh yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət üzərində qurula bilər. Bununla da beynəlxalq ictimaiyyət üçün bir daha aydın oldu ki, müharibədən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təklifi də Azərbaycandan gəlib.
Son hadisələrin yeni regional reallıqlar və strateji tərəfdaşlığı gündəmə gətirdiyini deyən Prezident İlham Əliyev çıxışında regional bağlantıları davamlı sülhün əsası kimi təqdim edərək Bakı və Vaşinqton arasında əldə olunan razılaşmalara xüsusi diqqət çəkdi. Bu istiqamətdə mühüm dönüş nöqtəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edildi. Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Bu hadisə göstərdi ki, artıq proses konkret mərhələyə daxil olub və Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşır. Azərbaycanın qətiyyətli mövqeyi regionu münaqişələrdən sabitlik və əməkdaşlıq məkanına çevirməkdədir. “Tramp marşrutu” adlanan beynəlxalq nəqliyyat layihəsi Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regionu yeni əməkdaşlıq xəritəsinə çıxaracaq. Bununla yanaşı, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açan Strateji Tərəfdaşlıq Xartiyası haqqında Anlaşma Memorandumu iki ölkənin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirəcək.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra beynəlxalq arenada ədaləti bərpa edən bir dövlət olduğunu sübut etdi. Beləliklə, Azərbaycan artıq yalnız regional deyil, qlobal səviyyədə də proseslərə təsir imkanlarına malikdir. Dövlətimizin başçısı beynəlxalq ictimaiyyətə Azərbaycanın yeni rolunu – güclü, müstəqil, ədalətli və strateji tərəfdaş kimi rolunu nümayiş etdirdi.

Anar Məmmədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri