Icma.az
close
up
RU
“Stratfor”dan İrəvana XƏBƏRDARLIQ Moskva 7 iyundan sonra BUNA getsə...

“Stratfor”dan İrəvana XƏBƏRDARLIQ Moskva 7 iyundan sonra BUNA getsə...

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Ermənistanda kritik parlament seçkilərinə təxminən iki ay qaldı. Ancaq artıq indidən bunu əminliklə söyləmək olar ki, Baş nazir Nikol Paşinyanın aprelin 1-də Moskvaya etdiyi səfər seçki təbliğat kampaniyasına sonadək öz təsirini göstərəcək.

Kremldə, kifayət qədər gərgin atmosferdə keçən Paşinyan-Putin görüşü əslində ən çox erməni cəmiyyətinə bir mesaj və yaxud siqnal idi. İlk növbədə o anlamda ki, qarşıdakı seçkilərdə bu xalq iki seçimdən birini etməlidir: ya Rusiyadan ucuz qaz da daxil, iqtisadi-energetik və vassal asılılığının davam etməsi və Kremlin erməni separatizminə davamlı dəstəyini (gələcək müharibəni) seçməlidir ya da o, Moskvanın təzyiqlərini göz önünə alıb qonşu Azərbaycan və Türkiyə ilə barışıq prosesinə, yəni, sülhə və dinc-yanaşı yaşamağa üstünlük verməlidir.

7 iyun tarixi yaxınlaşdıqca şəkk-şübhə yoxdur ki, bu dilemma yerli elektorat üçün bütün kəskinliyi ilə ortaya çıxacaq...

Energetikadan söz düşmüşkən, Moskva səfəri zamanı prezident Vladimir Putin 7 iyun parlament seçkiləri ilə bağlı Rusiyanın əsas gözləntiərini gizlətmədi. Kreml rəhbəri Paşinyana bunu da boşuna xatırlatmadı ki, Moskva mavi yanacağı İrəvana dünya bazarı qiymətinə - min kub metr üçün 600 dollara yox, cəmi 177 dollara satır – öz əhalisinə satdığı qiymətə.

Bu, əlbəttə ki, yalnızca Baş nazirin şəxsinə deyil, ümumən erməni toplumuna aydın siqnal və şantaj idi. Yəni ki, istənilən an qazın bahalaşması ilə Ermənistanda həyati əhəmiyyətli ərzaq məhsulları bahalaşa, kommunal xərclər arta bilər...

Bəs belə bir qiymət artımı seçkilərədək realdırmı?

Məsələ ondadır ki, Rusiyanın bu addımı erməni ictimai rəyində əks-effekt də yarada bilər. Çünki bahalaşmanın altını ən çox kasıb təbəqə çəkəcək. Yekun etibarilə Paşinyan daxildə artan narazılıqdan daha çox, Rusiya imic itkisi ilə üzləşə bilər.

İkinci tərədən, belə sürpriz qərar Azərbaycan və Türkiyənin Ermənistan üçün önəmini artırmış olar. Bakı isə daha ucuz qiymətə İrəvana qaz tədarük edə bilər (məsələn, maye qaz şəklində) ki, bu da yenə seçkilərdə Paşinyanın əlinə işləyəcək, Rusiyaya olan-qalan etimadı isə sarsıdacaq...

Bu arada ABŞ-nin “kölgə kəşfiyyatı” sayılan “Stratfor” “beyin mərkəzi” İrəvan-Moskva əlaqələrinin mümkün inkişaf vektorlarını analiz edib. Təhlilçilərə görə, Rusiya, ehtimal ki, parlament seçkilərinə qədər Ermənistanla münasibətlərin tam kəsilməsi prosesinə başlamayacaq, lakin 7 iyun səsverməsindən sonra İrəvan Moskva ilə aradakı məsafəni qorumağa davam edərsə, iqtisadi və ticarət xərclərini artırmağa hazırlaşmalıdır.

“Ən ehtimal olunan varianta Ermənistanla ticarətə daha sərt nəzarət, sanitar və fitosanitar tədbirlər (keyfiyyət) kimi “tənzimləyici” maneələr, həmçinin Ermənistanın enerji asılılığından (qazdan – red.) istifadə daxildir ki, bu da erməni ixracatçılarına və Rusiya bazarı ilə bağlı biznesə qeyri-mütənasib təsir göstərəcək”, - mərkəzin proqnozunda qeyd olunur.

“Stratfor” hesab edir ki, əgər Paşinyan təzədən mandat alarsa və Rusiyanın Ermənistandakı iqtisadi və strateji mövcudluğunu azaltmağa davam edərsə, Moskva, münasibətlərin assimmetriyasını nəzərə alaraq, bu rıçaqlardan istifadə edəcək. Başqa sözlə desək, Paşinyanı hakimiyyətdə saxlayan xalq Moskvanı qəzəbləndirməklə onun sürprizlərinə də hazır olmalıdır.

Söhbət həm də indiki Baş nazirə fiziki təzyiq üsullarından gedir...

Analitik xidmət,
Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Aprel 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri