Tramp Bakıya qərəzli şəkildə... “Stratfor”dan sensasion şərh
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikanın yeni administrasiyası əvvəlki administrasiyanın etdiklərinə şübhə ilə yanaşır, ona görə də Tramp komandası bu yaxınlarda Ermənistan və ABŞ arasında imzalanmış sənəddən (strateji tərəfdaşlıq xartiyası – red.) Amerikanın özü üçün geosiyasi faydaları yenidən nəzərdən keçirəcək.
Axar.az xəbər verir ki, bunu “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Or deyib.
“Yeni administrasiya İrana qarşı daha sərt davranır, Türkiyə və Azərbaycanı regionda İranı cilovlaya bilən ölkələr kimi görür. Ona görə də onlar üçün Azərbaycanla yaxşı münasibətlər saxlamaq çox vacibdir. Eyni zamanda, ABŞ Ermənistanla normal münasibətləri davam etdirəcək. Paşinyan əlaqələri gücləndirmək və əvvəlki administrasiya dövründə bağlanmış sənədin müddəalarının qorunub saxlanmasını təmin etmək məqsədi ilə Vaşinqtona gəlib. Bu münasibətlər qorunacaq. Lakin buna baxmayaraq, ABŞ birtərəfli və qərəzli şəkildə Azərbaycandan yana olacaq, bu, soyuq geosiyasi hesablamadır”, - o bildirib.
O, Tramp administrasiyasının əvvəlki administrasiyadan daha çox Cənubi Qafqaza diqqət yetirəcəyinə əmin deyil:
“ABŞ və Ermənistan arasında bağlanmış strateji saziş Azərbaycanın hərbi eskalasiyası halında ABŞ-ın güclü müdaxiləsini nəzərdə tutmur. Eyni zamanda Trampın nə edəcəyini dəqiq deyə bilmərik. Ermənistan və Azərbaycan məsələsində də komandadaxili sərt mübarizə olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Fevral 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















