Icma.az
close
up
RU
“Stratfor”un Qafqaz açıqlaması: Azərbaycanın strateji çəkisi artır

“Stratfor”un Qafqaz açıqlaması: Azərbaycanın strateji çəkisi artır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının regional önəmi yüksəlir, İrəvanın daxili gərginliyi kəskinləşir

Qarabağ məsələsinin müharibədən sonrakı nizamlanması Cənubi Qafqazda tarixi strateji yenidənqurmaya gətirib çıxaracaq. Bu, Azərbaycanın Şərq–Qərb tranzit qovşağı kimi rolunu gücləndirəcək, Ermənistanı isə daxili iğtişaşlar qarşısında həssas, kövrək edəcək. Bu barədə “Stratfor” analitik mərkəzinin proqnozunda bildirilir.

Hesabatda qeyd edilir ki, Ermənistan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq gündəliyi imzalamaq da daxil olmaqla, tədricən Qərbə meylini davam etdirəcək. Rusiya ilə ikitərəfli ticarət dövriyyəsi azalmağa davam edəcək, lakin Moskvanın yararlana biləcəyi kənd təsərrüfatı, energetika və əmək miqrasiyası sferasında dərin struktur əlaqələri qalmaqdadır. Bildirilir ki, Rusiya ilə təhlükəsizlik sahəsində əlaqələrin zəifləməsi və Qərbin məhdud dəstəyi şəraitində Ermənistan ikitərəfli münasibətlərin pisləşəcəyi təqdirdə Azərbaycanın “təcavüzünə” (?) qarşı həssas olaraq qalacaq. Bakı ilə sülh sazişi fonunda Ermənistanın Azərbaycanı “sakitləşdirmək” üçün konstitusiya islahatlarına dair daxili həssaslığı siyasi gərginliyi artıra bilər ki, bu da uzun sürən potensial etirazlara gətirib çıxarar.

Proqnoza əsasən, Azərbaycan Rusiya ilə praktiki məsafə saxlayaraq, eyni zamanda, iqtisadi əlaqələri kəsmədən, enerji və logistika mərkəzi rolundan yararlanaraq regional güc kimi çıxış edəcək. Azərbaycanın artan regional rolu Orta Dəhliz boyu ticarətin həcminin artması və Avropa İttifaqına qaz ixracının genişləndirilməsi ilə şərtlənəcək. Qeyd edilib ki, Brüssellə daha sıx əlaqələr Ermənistanla kövrək sülh prosesinin irəliləməsinə şərait yaradacaq.

“Stratfor”, həmçinin hesab edir ki, oktyabrın 4-də Gürcüstanda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra Aİ-yə üzvlük prosesinin rəsmi şəkildə dayandırılması baş verə bilər. Bu isə əhalinin qərbyönlü təbəqəsi ilə fikir ayrılığının dərinləşməsinə gətirib çıxarar: “Separatçı regionların varlığı Gürcüstanın milli təhlükəsizliyi üçün əsas çağırış olaraq qalsa da, Tbilisi Rusiya ilə münaqişəsiz birgə yaşayışı davam etdirəcək”.

***

Hesabatın təhlilinə keçməzdən öncə qeyd edək ki, “Stratfor” (Strategic Forecasting Inc.) ABŞ-da fəaliyyət göstərən, 1996-cı ildə Corc Fridman tərəfindən təsis edilmiş nüfuzlu özəl analitik mərkəzdir. Əsasən geosiyasi risklər, təhlükəsizlik, enerji və iqtisadiyyat sahələrində proqnozlar hazırlayır. “Stratfor”un fərqi ondadır ki, onun proqnozları hökumətlərə deyil, daha çox biznes dairələrinə, investorlar və beynəlxalq şirkətlərə istiqamətlənir. Mərkəz illik və dövri hesabatlarında böyük güclərin qarşılıqlı rəqabəti, regional münaqişələr və qlobal iqtisadi trendlər üzrə ssenarilər irəli sürür. Çox vaxt proqnozları dəqiq olur, amma bəzən ehtimalların tam təsdiqini tapmadığı hallar da yaşanır. Bu baxımdan “Stratfor”un yanaşmaları mütləq həqiqət kimi deyil, hadisələrin mümkün inkişaf trayektoriyası kimi dəyərləndirilir. Mütəxəssislər hesab edirlər ki, mərkəzin güclü tərəfi onun geniş məlumat bazası və analitik komandasının təcrübəsidir. Buna görə də “Stratfor”un açıqlamaları beynəlxalq münasibətləri izləyən jurnalistlər və ekspertlər üçün etibarlı mənbə sayılır. Mərkəzin son proqnozu xüsusilə, İkinci Qarabağ müharibəsindən sonrakı regional proseslərin dinamikasını anlamaq baxımından diqqətəlayiqdir.

“Stratfor” hesab edir ki, Ermənistan müharibədəki məğlubiyyətdən sonra Qərbə inteqrasiya kursunu daha çox davam etdirəcək. Brüssellə yeni tərəfdaşlıq gündəliyinin imzalanması və Avropa institutları ilə yaxınlaşma cəhdləri bu xəttin tərkib hissəsidir. Lakin bu prosesin asan olmayacağı da vurğulanır. Çünki Moskva ilə tarixi, siyasi, iqtisadi və sosial əlaqələr, xüsusilə kənd təsərrüfatı, energetika və əmək miqrasiyası sahəsindəki qarşılıqlı asılılıq qırılmayıb. Rusiya ilə təhlükəsizlik əməkdaşlığının zəifləməsi fonunda Qərbin də Ermənistana məhdud dəstək göstərməsi İrəvanın strateji dilemmasını daha da dərinləşdirir. Bu səbəbdən Ermənistan üçün Qərbə yaxınlaşma prosesi daxildə siyasi gərginliyi artıracaq, konstitusiya islahatları ətrafında mübahisələr və potensial etirazlar riski böyüyəcək.

Ancaq “Stratfor”un “Ermənistan ikitərəfli münasibətlərin pisləşəcəyi təqdirdə Azərbaycanın “təcavüzünə” (?) qarşı həssas olaraq qalacaq” yanaşması birtərəfli və qeyri-obyektivdir. Azərbaycanın siyasəti beynəlxalq hüquqa əsaslanır və müharibədən sonra sülh sazişi istiqamətində ardıcıl təşəbbüslərlə müşayiət olunur. Ermənistanın daxili siyasi gərginliyini və ya Qərblə münasibətlərini Bakının “təcavüz” riski kimi təqdim etmək faktlara söykənmir. Əksinə, regionda yeni gərginlik təhlükəsi əsasən Ermənistan daxilindəki siyasi qeyri-sabitlikdən qaynaqlana bilər. Beləliklə, proqnozun bu hissəsi reallığı əks etdirməkdən çox, köhnə stereotiplərin davamı təsiri bağışlayır.

Bütövlükdə, ölkəmiz proqnozda daha fərqli mövqedə göstərilir. Qeyd edilir ki, Bakı Rusiya ilə münasibətlərdə strateji məsafə saxlayaraq, iqtisadi əlaqələri pozmadan öz enerji və logistika imkanlarından maksimum yararlanacaq. Azərbaycanın Orta Dəhliz boyu tranzit mərkəzinə çevrilməsi və Aİ-yə qaz ixracının genişlənməsi bu siyasətin təməlində dayanır. Azərbaycanın son illər balanslaşdırılmış xarici siyasət xətti ona həm Brüssellə, həm də qardaş Türkiyə ilə strateji müttəfiqliyi dərinləşdirərək, regionda söz sahibi olan əsas gücə çevrilmək imkanı verib.

Azərbaycanın regional güc kimi yüksəlişi yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə yanaşı, yeni enerji layihələri və rəqəmsal infrastruktur sahəsində də liderliyini möhkəmləndirir. Bu, həm də beynəlxalq tərəfdaşların Azərbaycana olan marağını artırır. İstər Aİ-nin enerji təhlükəsizliyi, istərsə də Mərkəzi Asiya ilə Qərb arasında dayanıqlı ticarət marşrutları üçün Bakı mühüm strateji tərəfdaş sayılır.

Cənubi Qafqazın digər vacib oyunçusu Gürcüstan da proqnozun diqqət mərkəzindədir. “Stratfor” bildirir ki, bu ölkədə oktyabrın 4-də keçiriləcək yerli seçkilərdən sonra Aİ-yə üzvlük prosesinin dayanması ehtimalı böyükdür. Bu isə daxili gərginliyi dərinləşdirə bilər. Separatçı regionların mövcudluğu Gürcüstanın milli təhlükəsizliyinə əsas çağırış olaraq qalacaq, lakin Tbilisi Rusiya ilə münaqişəsiz birgəyaşayış siyasətinə üstünlük verəcək. Bu məqam göstərir ki, regionun hər üç dövləti fərqli istiqamətlərə yönəlsələr də, onları ortaq məxrəcə gətirən amil sabitlik və iqtisadi əməkdaşlıq ehtiyacıdır.

Bütövlükdə, “Stratfor”un proqnozları Cənubi Qafqazda son illər baş verən prosesləri düzgün oxumağa imkan verir. Müharibədən sonrakı dövr göstərdi ki, region daha yalnız geosiyasi qarşıdurmalar meydanı deyil, yeni əməkdaşlıq formatlarının formalaşdığı məkandır. Azərbaycan bu prosesdə aparıcı rol oynayaraq, həm iqtisadi, həm də diplomatik imkanlarını balanslaşdırılmış siyasətə yönəldir. Ermənistan isə hələ də seçimini tam etməyib və bu tərəddüd onun daxili siyasi sabitliyi üçün ciddi sınaqlara yol açır.

Mərkəzin proqnozu bir daha təsdiqləyir ki, Cənubi Qafqazın gələcəyi ölkələrin milli maraqlarını düzgün müəyyənləşdirməsindən və onların regional əməkdaşlıqdan nə dərəcədə bəhrələnməsindən asılı olacaq. Azərbaycanın tranzit qovşağı kimi rolu və sabit siyasi kursu bu mənzərədə aparıcı xətti təşkil edir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, sülh və sabitlik üçün yeni imkanlar açır.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see220

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see185

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see184

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see158

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see151

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri