Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Azərbaycanın beynəlxalq çəkisi artır ŞƏRH

Azərbaycanın beynəlxalq çəkisi artır ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanın yalnız regional deyil, həm də daha geniş coğrafiyada məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini göstərir”

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə Qəbələdə keçirilən görüşlər iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirmək baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər sıradan diplomatik hadisə deyil. Xüsusilə, Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və qlobal nizamın yenidən formalaşdırılmağa başlandığı bir dövrdə Ukrayna Prezidentinin Azərbaycana səfəri, imzalanan sənədlər və verilən bəyanatlar həm geosiyasi gündəmdə, həm də ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Bu dinamikanın əsas hərəkətverici qüvvəsi isə, şübhəsiz ki, Azərbaycandır. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı və konkret nəticələrin əldə olunması Azərbaycanın ardıcıl siyasəti və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olub.

Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səfər eyni zamanda Azərbaycan və Ukrayna arasında hərbi və müdafiə sahəsində yeni əməkdaşlıq mərhələsinin başlanması kimi də dəyərləndirilir. 

Milli məclisin deputatı Jalə Əliyeva Sherg.az-a bildirib ki, Prezident İlham Əliyev və Volodimir Zelenski arasında keçirilən görüş və bu səfər çərçivəsində səsləndirilən bəyanat, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan diplomatik çəkisini və çoxşaxəli xarici siyasət kursunu bir daha nümayiş etdirir: “Azərbaycan Prezidentinin mətbuata verdiyi bəyanat ilk növbədə ölkənin balanslaşdırılmış və praqmatik xarici siyasət strategiyasını əks etdirirdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini vurğulayaraq, bu prinsiplərin həm regional, həm də qlobal səviyyədə sabitliyin əsasını təşkil etdiyini bildirdi. Bu yanaşma, xüsusilə Ukrayna ətrafında davam edən münaqişə fonunda xüsusi əhəmiyyət kəsb edir.

Bəyanatda diqqət çəkən əsas məqamlardan biri humanitar və iqtisadi əməkdaşlıq məsələləri oldu. Bu, Azərbaycanın yalnız regional deyil, həm də daha geniş coğrafiyada məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini göstərir”.

Millət vəkilinin sözlərinə görə, digər mühüm istiqamət enerji təhlükəsizliyi və nəqliyyat-logistika əməkdaşlığıdır:

“Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatında oynadığı rolu vurğulayaraq, alternativ enerji marşrutlarının şaxələndirilməsinin vacibliyini qeyd etdi. Bu kontekstdə Azərbaycan-Ukrayna əməkdaşlığı, xüsusilə tranzit və logistika sahəsində yeni imkanlar vəd edir. Azərbaycanın Xəzər regionundan Avropaya uzanan enerji və nəqliyyat dəhlizlərində rolu Ukrayna üçün də strateji əhəmiyyət daşıyır.

Siyasi baxımdan isə səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Volodimir Zelenski ilə aparılan danışıqlar qarşılıqlı etimadın və tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bu münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır.

Bəyanatın ümumi ruhu onu deməyə əsas verir ki, Azərbaycan qlobal proseslərdə daha fəal iştirak edən, prinsipial mövqe sərgiləyən və eyni zamanda praqmatik maraqlarını qoruyan aktor kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışı yalnız diplomatik protokol çərçivəsində deyil, həm də strateji mesajlar baxımından əhəmiyyətli idi. Volodimir Zelenskinin Azərbaycana səfəri və bu çərçivədə verilən bəyanat, Bakı ilə Kiyev arasında əməkdaşlığın dərinləşməsi ilə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Bu səfər, həm də regionda və daha geniş geosiyasi məkanda yeni əməkdaşlıq konturlarının formalaşmasına təkan verən mühüm diplomatik hadisə kimi yadda qalır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri