Icma.az
close
up
RU
“Stratus”, “Nimbus”: Azərbaycanda sürətlə yayılan viruslar Təhlükəlidir?

“Stratus”, “Nimbus”: Azərbaycanda sürətlə yayılan viruslar Təhlükəlidir?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Son günlər ölkə ərazisində müxtəlif infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən, yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda, cəmiyyətdə COVID-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir.

Bəs, əslində nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?

“Bu il də eyni mənzərə ilə üzləşəcəyik”

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, hazırda ölkədə epidemioloji durum sabitdir: “Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu adi haldır və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının keçən ilin eyni dövrü ilə müqayisədə artmadığını qeyd edə bilərik”.

Yeni koronavirusa yoluxma var?

Əhali arasında COVID-19-la bağlı müzakirələrə gəldikdə isə, mütəxəssis deyir ki, klinik seyrə görə KRVİ və COVID-19 çox oxşar olduğu üçün bunları biri-birindən ayırmaq mümkün deyil: “COVID-19 xəstəliyinin təsdiqlənməsi üçün şəxsin müayinədən keçməsi tələb olunur. Hazırda Yeni koronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur”.

“Qripə qarşı vaksinasiya ciddi tövsiyə olunur”

Mütəxəssis vurğulayır ki, ötən ay mövsümi qripə yoluxma hallarında artım müşahidə olunmayıb: “Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır (KRVİ). Hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır. Bundan başqa, xəstələnmiş insanların aktiv aşkarlanması və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplanmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə olunması, əl gigiyenasına riayət olunması mütləqdir. Bundan əlavə, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalmasında önəm daşıyır. Risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə olunur”.

Həm böyüklər, həm də uşaqlar...

İnfeksionist Mərdan Əliyev bildirir ki, payız-qış mövsümündə kəskin respirator virus, qripəbənzər, yuxarı tənəffüs yolları infeksiyalarına həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir. Onun sözlərinə görə, məhz bu dövrdə bir sıra viruslar aktivləşir: “Onların arasında rinovirus, adenovirus, rotavirus (xüsusilə uşaqlarda bu virus həm də bağırsaq infeksiyalarına səbəb olur), influenza (qrip), noravirus və koronaviruslar əsas yer tutur. Sözügedən viruslar əksər hallarda yuxarı tənəffüs yolları xəstəliklərinə yol açır”.

“Dünyada COVID-19-un yeni ştamına yoluxmalar artıb”

COVID-19-la ilə bağlı məsələyə gəlincə, mütəxəssis vurğulayır ki, dünyada, COVID-19-un yeni ştamlarına yoluxmalar artıb: “Bu ştamların simptomları əvvəlkilərdən fərqlənmir. Demək olar ki, qrip əlamətləri ilə eynidir. Ona görə də bu virusu digərlərindən fərqləndirmək çətindir. Azərbaycanda da yoluxma hallarında artım müşahidə oluna bilər. Lakin hazırda konkret diaqnostika aparılmadığı üçün yoluxmanın hansı virusa aid olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Buna ciddi ehtiyac da yoxdur, çünki simptomlar bir-birinə oxşardır və tətbiq olunan müalicə protokolları demək olar ki, eynidir”.
Həkim bildirir ki, hazırda ona müraciət edən xəstələrin sayında artım var: “Bu da gözləniləndir, çünki hər il olduğu kimi, payız-qış mövsümündə infeksion xəstəliklərə yoluxma halları artır və bu, təbii proses sayılır”.

Yuxu rejimi, istirahət, balanslı qidalanma

Mütəxəssis vurğulayır ki, ev şəraitində infeksion xəstəliklərin qarşısını almaq üçün immun sistemini güclü saxlamaq tövsiyə olunur: “Təbii C vitamini ilə zəngin meyvə və tərəvəzlər, kivi, portağal, limon, qırmızı bibər və s. immun sistemini dəstəkləyir və yoluxma halında xəstəliyin daha yüngül keçməsinə kömək edir. D vitamini isə yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Yuxu rejimi, düzgün istirahət və balanslı qidalanma da vacib amillərdəndir”.

Əgər artıq xəstələnmişiksə, evdə qalmaq və işə getməmək tövsiyə olunur. Bu, həm ətrafdakı insanları yoluxdurmamaq, həm də xəstəliyin ağırlaşmasının qarşısını almaq baxımından vacibdir: “ Ev şəraitində istirahət, bol maye qəbulu, C vitamini ilə dəstək və bədənin soyuqdan qorunması xəstəliyin daha yüngül və rahat keçməsinə şərait yaradır”.

“Stratus”, “Nimbus”...

Məlumat üçün bildirək ki, 2025-ci ilin ortalarından etibarən dünyada COVID-19-un yeni ştamları yayılmağa başlayıb. Bu yeni variantlar əsasən “Stratus”, “Nimbus” adları ilə tanınır və müxtəlif ölkələrdə yoluxma hallarının artmasına səbəb olub. “Stratus” adlı yeni ştam ilk dəfə Böyük Britaniyada aşkarlanıb və XFG.3 subvariantı ilə tanınır. Bu ştam “Omikron” ştamının nəslindəndir və əvvəlki variantlardan daha yoluxucu ola bilər. “Nimbus” adlı yeni ştam isə ilk dəfə 2025-ci ilin yazında Böyük Britaniyada aşkarlanıb və artıq Hindistan, ABŞ və digər ölkələrdə də yayılıb. Bu variantın əsas simptomları kəskin boğaz ağrısı, şiddətli zəiflik, temperaturun yüksəlməsi və titrəmədir. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı əvvəlki ştamlarla müqayisədə daha ağır hesab etmir, lakin vəziyyəti izləməyə davam edir.

Bu yeni ştamların yayılması, xüsusilə payız-qış mövsümündə respirator virusların artması ilə üst-üstə düşür. Bu səbəbdən, mütəxəssislər şəxsi gigiyena qaydalarına riayət etmək, immunitet sistemini gücləndirmək və xəstəlik simptomları müşahidə edildikdə evdə qalmağı tövsiyə edirlər. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri