Stresdən qurtulmağın ən təsirli yolu: “qışqırma terapiyası”
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Böyük Britaniya sakinlərindən yüzlərlə insan parklarda toplanaraq qışqırır.
Ölkə.az xəbər verir ki, psixoterapevt Anna Lankaster “Metro” nəşrinə bildirib ki, onlar bu qeyri-adi üsulla xroniki stresdən azad olmağa çalışırlar.
Məlumata görə, qışqıranlar klubunun yaradıcısı London sakini Mona Şərifdir. Onun sözlərinə görə, bu ideya təsadüfən yaranıb: o, tiktokda qardaşı ilə mübahisədən sonra meşədə qışqırdığını danışan bir paylaşım edib. Bir çox insana bu fikir xoş gəlib və növbəti dəfə Şəriflə birlikdə qışqırmaq istədiklərini yazıblar. Bir neçə həftə sonra Londonda keçirilən belə görüşə 600-dən çox insan toplanıb. Bundan başqa, oxşar qruplar ölkənin digər şəhərlərində də yaranmağa başlayıb.
Lankaster bu metodun effektivliyini belə izah edib: "Qışqırmaq stresin azalmasına kömək edir, çünki bu zaman duyğusal vəziyyəti tənzimləyən və toplanmış emosiyaları azad edən vagus siniri (beyinlə bədən arasında əlaqə yaradan sinir) aktivləşir.
Ancaq insanların parka yığışıb qışqırması onu göstərir ki, cəmiyyətdə ünsiyyət və emosional bağlılıq ehtiyacı çox yüksəkdir”.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















