Stress DNT yə necə təsir edir?
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Federal Tibbi və Bioloji Agentliyinin Koqnitiv və Psixoemosional Sağlamlıq Mərkəzinin psixiatrı Mixail Otvetçikov bildirir ki, güclü stress vəziyyətləri insanın gen fəaliyyətinə təsir göstərərək müəyyən genlərin fəaliyyətini zəiflədə və ya tamamilə bloklaya bilər. Bu, “epigenetik etiketlər” adlanan kimyəvi işarələrin DNT üzərində yığılması ilə baş verir.
AzPost xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xüsusilə stress reaksiyası ilə əlaqəli reseptor genləri bu təsirlərə daha həssasdır və bu da orqanizmin adaptasiya imkanlarını azalda bilər. Otvetçikov əlavə edir ki, sağlam həyat tərzi bu prosesi yavaşlada və ya tamamilə qarşısını ala bilər.
Bunun üçün psixoterapiyanın yanaşı olaraq bədənə qulluq vacibdir: adekvat yuxu, balanslaşdırılmış qidalanma və fiziki aktivlik – məsələn, gəzinti, üzgüçülük və ya rəqs – tövsiyə olunur.
Həkim qeyd edir ki, bu həyat tərzi həmçinin xroniki iltihabı azaldır, bu da tez-tez stresslə birgə müşahidə olunur və genetik sistemə daha dərin təsir göstərir.
Otvetçikovun fikrincə, insan nə qədər tez öz fiziki və əqli sağlamlığı ilə maraqlanmağa başlasa, bir o qədər uzunmüddətli həyat keyfiyyətinə nail ola bilər.
Paylaş


