Icma.az
close
up
RU
Stress hormonu adrenalinin orqanizmə təsiri...

Stress hormonu adrenalinin orqanizmə təsiri...

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndiki dövrdə streslə tanış olmayan bir insan tapmaq mümkün deyil. Həyatın müasir ritmində, hər birimiz  bir çox emosional sarsılmalara məruz qalırıq ki, onlar da sağlamlığın uzunmüddətli pozulmalarına səbəb olur.

Adrenalin -  stress mexaniminə  cavabdeh olan əsas hormondur. Orqanizmdə bu hormon daimi olaraq müəyyən miqdarda var, lakin, stress vəziyyətində beyin böyrəküstü vəzə  siqnal göndərir və o, dərhal adrenalinin istehsalına başlayır. Bu hormon, yaranmış vəziyyətə dayanmaq üçün orqanizmi hazırlayır və güclə təmin edir.

Adrenalinin insanın əhvalına təsiri.

Adrenalin qana düşdükdə, ürəyin tez döyünməsi, gözlərin genişlənməsi, enerji  axını və bütün hissiyat orqanlarının gərginliyi kimi hallar müşahidə olunur. Bundan əlavə, bağırsaq və bronxların hamar əzələlərinin zəifləməsi, skelet əzələsinin, selikli qişa və dərinin damarlarının daralması, toxuma mübadiləsi və yağ parçanlanması çoxalır.

Məhz yağ toxumasının parçalanması, bir çox emosional insanların arıq olmasına səbəbdir.

Həmçinin qanın tərkibində dəyişikliklər baş verir. Leykositlərin miqdarı artır, trombositlərin aktivliyi çoxalır. Ağrı hissiyatı azalır. Arterial təzyiqin səviyyəsi  kəskin artır, ürəyin işinə mənfi təsir göstərir və bir çox hallarda aritmiyaya səbəb olur.

Adrenalin hormonunun insan sağlamlığına təsiri.

Qeyd etmək lazımdır ki, adrenalinin orqanizmə uzunmüddətli atılmasından böyrəküstü vəzin beyin maddələrinin tükənməsi baş verə bilər, bu isə ürəyin gözlənilmədən dayanmasına səbəb ola bilər. Bir çox qərb ölkələrində hər il stress səbəbində ürək damar sistemində pozğunluqların yaranmaına görə milyondan artıq insan ölür.

Bundan əlavə, adrenalinin çoxluğu qanın tərkibində şəkərin miqdarının artmasına səbəb olur. Vaxt keçdikcə qanda laxtalanma çoxalır, bu isə tromb yaranmasına səbəb olur. Qalxanvari vəz yüklənir və  orqanizm daha çox xolesterin istehsal edir.

Məhz bu səbəbdən uzunmüddətli və güclü stresslərdən özünüzü qorumanız məsləhət görülür.

Lakin, qeyd etmək lazımdır ki, adrenalinin istehsal olunmadığı bir cür və darıxdırıcı həyat tərzində,depressiya kimi  xəstəliyin yaranma təhlükəsi vardır.

Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, ümumilikdə həyatda yaranan bir çox stressli vəziyyətlərdə emosional gərginliyi stabil saxlayaraq, sağlamlığınızın qeydinə qalmaq məsləhətdir. Darıxdırıcı və bir cür həyat tərzinə biraz rəng qataraq  xoş və müsbət təsir bağışlayan vəziyyətlərdən də yetərincə həzz almaq  mütləq sayılır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri