Icma.az
close
up
RU
Stulu götürüb uşağın başına qaldırmaq, müəllimə yaraşmayan addımdır Təhsil eksperti

Stulu götürüb uşağın başına qaldırmaq, müəllimə yaraşmayan addımdır Təhsil eksperti

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Sumqayıt məktəbində baş verən bu neqativ hadisə ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər irəli sürülür. Təhsilverənlər müəllimi deyil, valideyni günahlandırır, valideynlər də müəllimi günahlandırır. Biri məsələyə sərt yanaşır, biri yumşaq. Fikrimcə, burada günah həm valideyn, həm müəllim, həm də təhsil müəssisəsinin rəhbərindədir". 

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimlə şagird arasında baş verən insidenti şərh edərkən dedi. Onun sözlərinə görə, hər bir yaramazlığa qarşı valideyni birbaşa günahlandırmaq doğru deyil.

"Hər birimiz orta məktəbdə 11 il oxumuşuq və müəyyən yaramazlıqlar etmişik. Yəni hər bir yaramazlığa qarşı valideyni birbaşa günahlandırmaq doğru deyil. Baxırsan ki, elə bir ailə var ki, atası da, anası da təhsilverəndir və yaxud da müəllim ailəsindəndir. Amma uşağında problem olur. Bu, o demək deyil ki, uşaq ailədə tərbiyə görməyib. Bu uşaq uşaqdır, uşaqlığını yaşayır. Təbii ki, məktəbdə etik qaydalara riayət olunmalıdır. Valideyn uşağı təlimatlandırmalıdır, düzgün tərbiyə etməlidir, uşaqda müəllimə, sinif yoldaşlarına qarşı hörməti təbliğ etməlidir. Bu öz yerində.

Bu mövzuda müəllimin də günahı var. Müəllimin günahı nədir? Hər hansı bir neqativ hadisəyə qarşı müəllim bu qədər aqressiv yanaşmamalıdır. Yəni müəllim bir pedaqoqdur. Müəllim stulu götürüb uşağın başına qaldırır. Orada bədbəxt hadisə baş versə, müəllim müəyyən məsuliyyət daşımış olacaqdı, işindən olacaqdı. Bu, müəllim, təhsilverən üçün yaraşmayan bir addımdır. "Müəllimi görün nə səviyyəyə gətirib çıxarıblar ki, müəllim bu yola əl atıb", deyənlərimiz də var. Amma müəllim bu yola əl atmamalıdır. "Təhsil haqqında" qanunda müəllimin hüquq və vəzifələri var. O yaramazlıq edən uşağa qarşı müəllim təhsil qanununa uyğun hərəkət etməlidir. Məsələn, nizam-intizam komitəsinə sövq etməlidir, uşaq haqda məktəb rəhbərliyinə məlumat verməlidir, valideyninə məlumat verməlidir. Belə addım, aqressiv şəkildə yanaşmaq əlbəttə ki, bizim Azərbaycan müəlliminə yaraşmayan bir xasdır.

Üçüncüsü, məktəb rəhbərliyinin günahıdır. Çünki fikir bildirənlərə baxıram, müəllimlər bildirir ki, hər hansı bir nizam-intizam komitəsinə istiqamətləndirəndə məktəb rəhbərliyi diqqətə almır. Məktəb rəhbərliyi bu məsələlərdə çox həssas yanaşmalıdır. Əgər hər hansı bir nizam-intizam, etik davranış qaydalarına zidd addım atan şagird vardırsa, ona uyğun tənbeh olunmalıdır. Əgər tənbeh olunmursa, bu problemlər artıq yavaş-yavaş artmış olacaq. Ona görə də məktəb rəhbərliyi öz hüquq və vəzifələrini düzgün icra etməlidir. Hansı məktəb və rəhbərliyi "Təhsil haqqında" qanunda ona verilən hüquq və vəzifələrə uyğun addım atırsa, o məktəbin həm tərbiyə yönündən, həm də təhsil yönündən nailiyyətləri yüksək səviyyədədir. Əks halda həqiqətən də o məktəblərdə ciddi problemlər formalaşa bilir".

Ekspertin fikrincə, müəllim vaxtında uşağı nizam-intizam komitəsinə, məktəb rəhbərliyinə təqdim edib, nəticə görməsəydi, bu zaman valideyni günahlandırmaq olardı.

"Bəzi mütəxəssislər uşağı, valideyni günahlandırırlar. Bəli, bunlarda günah var, amma müəllimin də günahı az deyil. Müəllimin günahı valideynin günahından bəlkə də daha çoxdur. Müəllim vaxtında uşağı nizam-intizam komitəsinə məktəb rəhbərliyinə təqdim etsəydi, valideyni çağırsaydı, o zaman əgər valideyn ona qarşı laqeyd yanaşsaydı, onda biz valideyni tamamilə günahlandıra bilərdik. Müəllim Birliyi bu məsələni aydınlaşdırmalıdır. Çünki məktəbin Pedaqoji Şurası var. Həmin Pedaqoji Şurada bu məsələlər gündəmə gətirilməlidir. Müəllimlər bu mövzuda birləşməlidir. Əgər məktəb rəhbərliyində hər hansı bir laqeydlik varsa, neqativ yanaşmalar vardırsa, burada artıq müəllimlər bir olmalıdır. Bizdə çox təəssüflər olsun ki, bir müəllimin başına bir hadisə gəldiyi təqdirdə digər müəllimlərimiz birləşmir, ona birlik nümayiş etdirmirlər", - deyə Ramin Nurəliyev vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri