Su altında qalan avtomobili necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Bəzən xaricdən maşın sifariş edərkən avtomobillərin su altında qalıb-qalmaması ilə bağlı məsələ sürücülər üçün ciddi problem yaradır. Belə hallardan sonra isə avtomobil bazarında “ikinci əl” adı ilə satışa çıxarılan subasmış nəqliyyat vasitələrinin sayının artdığı bildirilir.
Bəs, su altında qalan avtomobili necə müəyyən etmək olar?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev SİA-ya açıqlamasında bildirib ki, su basmış avtomobili müəyyən etməyin bir neçə yolu var:
“İlk növbədə avtomobilin salonu və yük yerindəki örtüklər qaldırılmalı, alt hissə diqqətlə yoxlanmalıdır. Əgər həmin hissələrdə pas izi aşkarlanarsa, bu, avtomobilin su altında qaldığını göstərə bilər. Belə nəqliyyat vasitələri sonradan çürüməyə daha meyilli olur.
Bəzi hallarda subasma avtomobil üçün kritik təhlükə yaratmaya da bilər.
Məsələn, avtomobil həmin gün sudan çıxarılıb tam sökülərək vaxtında qurudularsa, fəsadların qarşısını almaq mümkündür. Əsas məsələ su dəymiş hissələrin peşəkar şəkildə qurudulmasıdır. Mühərrik çox nadir hallarda ciddi zərər görür. Bu kimi problemləri avtomobil həvəskarları müəyyən edə bilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 30 İyul 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















