Icma.az
close
up
RU
Velosipeddən istifadəni necə təbliğ etmək olar? EKSPERT AÇIQLADI FOTO

Velosipeddən istifadəni necə təbliğ etmək olar? EKSPERT AÇIQLADI FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu həftə BMT-nin 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsidir.

Bu ilki həftənin mövzusunun əsas istiqaməti xüsusilə piyadaların, velosipedçilərin və digər mikromobillik istifadəçilərinin təhlükəsizliyini ön plana çıxarmaqdır.
Bu mövzuda piyadalara, velosipedçilərə və digər mikromobil isfadəçilərin təhlükəsizliyi üçün hansı addımlar atılır? 

Bu həftə - 12–18 May 2025 tarixlərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi keçirilir. Bu ilki kampaniyanın əsas mövzusu “#MakeWalkingSafe” və “#MakeCyclingSafe” (Piyada və Velosipedçilər üçün Təhlükəsizliyi Təmin Et) şüarları ilə piyada və velosipedçilərin təhlükəsizliyinə diqqət çəkməkdir. Kampaniya, şəhər mühitində bu nəqliyyat növlərinin təhlükəsizliyini artırmaq üçün sübutlara əsaslanan tədbirlərin həyata keçirilməsini təşviq edir. 

Avtosfer.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il təxminən 1,2 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirir, 50 milyona yaxın insan isə xəsarət alır. Bu hadisələr, 5–29 yaş arası insanlar üçün əsas ölüm səbəblərindən biridir. Qlobal yol-nəqliyyat qəzalarında həyatını itirənlərin dörddə birindən çoxu piyada və velosipedçilərdir. 


Kampaniya çərçivəsində, DST tərəfindən "Piyada və Velosipedçiliyin Təşviqi: Siyasət Seçimləri üçün Alətlər Dəsti" adlı yeni siyasət rəhbərliyi təqdim olunub. Bu sənəd, təhlükəsiz, inklüziv və əlçatan mühitlərin yaradılması üçün yeddi sübutlara əsaslanan siyasət tədbirini əhatə edir. 
BMT və DST, bu həftə ərzində hökumətləri, vətəndaş cəmiyyətini və digər maraqlı tərəfləri piyada və velosipedçilər üçün təhlükəsizliyi artırmaq məqsədilə konkret tədbirlər görməyə çağırır. Bu tədbirlər, yol dizaynının yaxşılaşdırılması, sürət məhdudiyyətlərinin tətbiqi, sürücü davranışlarının tənzimlənməsi və təcili yardım xidmətlərinin gücləndirilməsini əhatə edir.

8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi, 2021–2030-cu illəri əhatə edən Yol Təhlükəsizliyi üzrə Qlobal Fəaliyyət Onilliyi Planının bir hissəsi olaraq, 2030-cu ilə qədər yol-nəqliyyat hadisələrindən ölüm və ciddi xəsarətlərin 50% azaldılmasını hədəfləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində AYNA BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə maarifləndirici tədbirlərə start verib.


İlk belə tədbir paytaxtın Hüseyn Cavid prospektində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında təşkil olunub. Bu ərazi tələbələrin və mikromobillik vasitələri istifadəçilərinin sıx hərəkət etdiyi əsas məkanlardan biri hesab olunur.

Tədbir zamanı vətəndaşlara yol hərəkəti təhlükəsizliyi və mikromobilik vasitələrindən istifadə qaydaları ilə bağlı maarifləndirici broşürlər paylanıb. Bildirilib ki, hər il dünyada 1,3 milyon insan yol qəzalarında həyatını itirir. Qəzaların əhəmiyyətli hissəsi isə piyada və velosipedçilərin iştirakı ilə baş verir.
İştirakçılara ərazidə yeni salınmış mikromobillik zolağı və onun əhəmiyyəti barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir şəhər mühitinin daha insanyönümlü olması mikromobillik vasitələrinin təşviqini vacib edir. AYNA tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla mikromobillik şəbəkəsinin genişləndirilməsi prioritet fəaliyyət istiqaməti kimi müəyyən olunub.

Məlumata əsasən, hazırda mikromobilliklə bağlı təhlillər aparılır, insanların gündəlik ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilərək həmin yerlərdə mikromobillik vasitələri üçün parklanma sahələri yaradılır. Hazırda Bakıda bu məqsədlə 484 parklanma məntəqəsi mövcuddur və tələbat artdıqca bu say artırılır.
Cari il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə edilib və bu müddətdə ümumilikdə 1 milyon 895 min kilometr məsafə qət olunub.
Tədbirdə bildirilib ki, yaxın gələcəkdə ətraf küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və “Elmlər Akademiyası” stansiyası ətrafındakı şəbəkənin şəhərin mərkəzi hissəsi ilə birləşdirilməsi planlaşdırılır. AYNA-nın məqsədi bu zolaqları genişləndirərək velosiped və skuterləri xüsusilə yaxın məsafələrdə əsas nəqliyyat vasitəsinə çevirməkdir.

Tədbir çərçivəsində “Apar” velosiped kirayəsi xidmətinin nümayəndələri tərəfindən iştirakçılara şəhər şəraitində təhlükəsiz velosiped sürmə və mikromobillik zolaqlarından düzgün istifadə qaydaları barədə təlim də keçirilib.

Maarifləndirici tədbirin əsas məqsədi yol hərəkəti iştirakçıları arasında təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasıdır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, təhlükəsizliyin təmin olunması üçün sərt nəzarətə ehtiyac var:


“Sərt nəzarətdən məqsədim odur ki, əgər piyada öz yolu ilə hərəkət edə bilmirsə, yəni yolu zəbt olunubsa, piyada keçidlərində, xüsusilə “zebra”da  avtomobillər park olunursa, bu vəziyyət piyadalarda da yanlış vərdişlər formalaşdırır.

Eyni problem mikromobillik zolaqlarında da müşahidə olunur. Avtomobillər bu zolaqlarda park edir və bu da hələ yeni formalaşmaqda olan, 35 kilometrlik və əlaqələndirilməsi istiqamətində aktiv işlər aparılan mikromobillik zolaqlarında düzgün istifadə vərdişlərinin qarşısını alır.

İstifadəçi zolaq zəbt olunarsa, yolun digər hissəsinə, yəni avtomobillərin hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalır. Bu isə həm sürücülər, həm də mikromobillik istifadəçiləri üçün təhlükə yaradır, piyadaların həyatını da risk altına salır. Bu səbəbdən də sərt nəzarət mütləqdir.

Piyada infrastrukturuna gəldikdə isə, ümumiyyətlə vəziyyət bərbaddır. Bakı şəhərində elə bir küçə demək olar ki, yoxdur ki, tam şəkildə piyada gəzmək mümkün olsun. Səki ya zəbt olunub, tikililər, köşklər və soyuducular tərəfindən, ya da davamlı deyil: bir yerdə varsa, digər yerdə kəsilir”.

Ekspert əlavə olaraq qeyd edib ki, az mobilli insanların mövcudluğu da nəzərə alınmalıdır:

“Belə yerlərdə pandusların quraşdırılması, təhlükəsizliyi artıran elementlərin, məsələn, qaldırılmış keçidlərin, məhəllə girişlərində sürət azaldan maneələrin və təhlükəsizlik adacıqlarının olması vacibdir.

Svetofor fazalarına gəldikdə isə, burada da uzun gözləmə müddətləri olmamalıdır. Piyadalar üçün fazalar daha qısa olmalıdır. Çünki əgər insan yönümlü şəhərdən danışırıqsa, burada prioritet piyada olmalıdır. Onun hərəkəti, gözləmə müddəti və ümumi rahatlığı əsas diqqət mərkəzində dayanmalıdır.
Bu istiqamətdə aktiv və davamlı işlər aparılmalıdır”.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-a bildirib ki, hazırda Piyada Təhlükəsizliyi Həftəsi ilə əlaqədar olaraq, istər paytaxtda, istərsə də bütün ölkə ərazisində Dövlət Yol Polisi qurumları tərəfindən piyadalarla bağlı geniş maarifləndirmə işləri aparılır:

“Bununla yanaşı, ölkəmizdə mikromobilliyin inkişafı ilə bağlı zəruri təşkilati tədbirlər görülüb. Bildiyiniz kimi, xüsusən kiçik elektrikli nəqliyyat vasitələrinin istifadəçiləri ilə bağlı, istər "Yol Hərəkəti Haqqında" Qanunda, istərsə də İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklər edilib. Onların hüquq və vəzifələri müəyyən olunub və biz də Baş Dövlət Yol Polisi İdarəsi olaraq, hazırda bu sahədə maarifləndirmə istiqamətində təbliğat-təşviqat işlərimizi davam etdiririk”.

Elvin Hacıyev əlavə edib ki, kiçik elektrikli vasitələrin, mikromobilliyin inkişafı ilə bağlı ölkəmizdə aparılan dövlət siyasətinin tərkib hissəsi olaraq, Baş Dövlət Yol Polisi İdarəsi üzərinə düşən vəzifələri yerinə yetirir:

“Bu istiqamətdə xüsusən velosiped və kiçik elektrikli nəqliyyat vasitələrinin istifadəçiləri ilə bağlı "Yol Hərəkəti Haqqında" Qanunda və İnzibati Xətalar Məcəlləsində hüquq və vəzifələrlə əlaqədar müvafiq qanunvericilik dəyişiklikləri edilib. Bu hüquq və vəzifələrin təbliği, eləcə də əhalinin maarifləndirilməsi istiqamətində tərəfimizdən zəruri təbliğat və təşviqat işləri aparılır”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri