Icma.az
close
up
RU
Su böhranı: qlobal təhlükə və KONKRET

Su böhranı: qlobal təhlükə və KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Su yer üzündə həyatın əsasını təşkil edən ən fundamental təbii resursdur. İnsanların sağlamlığı, ekosistemlərin davamlılığı, bitki və heyvan aləminin mövcudluğu birbaşa sudan asılıdır. Lakin bu həyati əhəmiyyət daşıyan resurs sürətlə tükənir və qlobal su böhranı artıq XXI əsrin ən ciddi çağırışlarından birinə çevrilib.

Bu gün dünyada 2,2 milyard insanın təmiz içməli suya çıxışı yoxdur. Bu, demək olar ki, hər dörd nəfərdən birinin çirkli suyun yaratdığı sağlamlıq və sosial risklərlə üzləşməsi deməkdir. Su böhranının təsirləri xüsusilə aşağı gəlirli ölkələrdə daha kəskindir. Məsələn, Mərkəzi Afrika Respublikası və Çadda əhalinin 94 %-i təhlükəsiz içməli sudan məhrumdur. Asiya və Afrika qitələri bu böhrandan ən çox zərər çəkən regionlar olaraq ön plana çıxır. Asiyada 2 milyarddan çox insan davamlı su qıtlığı yaşayır, Afrikada isə əhalinin cəmi 39 %-i təhlükəsiz içməli sudan istifadə edə bilir. Qitə miqyasında bu göstəriciyə adekvat səviyyədə çatan yeganə ölkə Misirdir.

Dünya əhalisinin təxminən 50 %-i, bəlkə də daha çoxu, ayda ən azı bir dəfə su qıtlığı ilə üzləşir. Bu böhran ən ağır zərbəni isə uşaqlara vurur: hər gün beş yaşına qədər 1 000-dən çox uşaq çirkli sudan istifadənin fəsadları səbəbindən həyatını itirir.

İçməli su ehtiyatları niyə tükənir?

Yer səthinin 70 %-dən çoxunun su ilə örtülü olmasına baxmayaraq, bəşəriyyətin su qıtlığı ilə üz-üzə qalması paradoksal görünə bilər. Lakin bu paradoksun sadə izahı var: planetdəki suyun cəmi 3 %-i şirindir və onun da böyük hissəsi buzlaqlarda cəmlənib. Qlobal iqlim dəyişiklikləri isə bu ehtiyatları sürətlə azaldır.

Temperaturun yüksəlməsi quraqlıqları gücləndirir, yağıntı rejimini pozur və şirin suyun əsas mənbələrindən olan buzlaqların əriməsini sürətləndirir. Buzlaqlar hazırda misli görünməmiş sürətlə geriləyir. Proqnozlara görə, 2050-ci ilə qədər dünya üzrə buzlaqların sahəsi təxminən 30 % azala bilər.

Dünyanın illik şirin su ehtiyatlarının təxminən 60 %-i dağlıq ərazilərdə formalaşır. Lakin iqlim böhranı dağ ekosistemlərinin deqradasiyasını sürətləndirir. Halbuki, 2 milyarddan çox insanın içməli su təchizatı, sanitariya ehtiyacları və gündəlik yaşayışı birbaşa dağlardan gələn sudan asılıdır. Buzlaqların əriməsi, qar örtüyünün azalması və yağıntıların qeyri-sabitliyi milyonlarla insan üçün su təhlükəsizliyini risk altına salır, biomüxtəlifliyi zəiflədir və yaşayış mənbələrini təhdid edir.

Bu proseslər suyun həcmi ilə yanaşı, həm də onun vaxtında və düzgün bölüşdürülməsinə təsir göstərir. Belə ki, buzlaqların əriməsi dünyanın suvarılan kənd təsərrüfatı torpaqlarının üçdə ikisinə qədərinin asılı olduğu su ehtiyatlarının mövsümi proqnozlaşdırılmasını çətinləşdirir. Lakin problem yalnız buzlaqlarla məhdudlaşmır. Bir çox regionlarda qar ehtiyatları buzlaqlardan daha həlledici rol oynayır. Qar yağıntılarının azalması və ya qeyri-sabit xarakter alması su təchizatında fasilələr yaradır, quraqlıq və daşqın risklərini artırır.

Bu proseslərin sosial nəticələri xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha ağrılı hiss olunur. Dağlıq ərazilərdə yaşayan kənd əhalisinin yarıya qədəri ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşir. Bu böhran isə ən çox qadınlara və uşaqlara təsir edir – su qıtlığı onların həm sağlamlığını, həm də gələcək imkanlarını məhdudlaşdırır.

İqtisadi itkilər yüz milyardlarla dollarla ölçülür

Sənayeləşmənin sürətlənməsi qlobal su böhranını dərinləşdirən əsas amillərdən biridir. Sənaye tullantılarının və çirkab sularının artması şirin su mənbələrini çirkləndirir, onları tədricən insan istehlakı üçün yararsız hala gətirir. Nəticədə su qıtlığı təkcə ekoloji problem kimi deyil, həm də makro və mikro səviyyədə iqtisadi böhran kimi çıxış edir.

Hesablamalara görə, əsas su təchizatı, sanitariya və gigiyena xidmətlərinin olmaması səbəbindən dünya üzrə iqtisadi itkilər 260 milyard ABŞ dollarına çatır. Bu itkilər qeyri-bərabər bölüşdürülür: yükün əsas hissəsi aşağı gəlirli ailələrin üzərinə düşür. Onlar həm suya daha çox pul ödəməli olur, həm də sağlamlıq riskləri və əmək qabiliyyətinin azalması səbəbindən əlavə itkilərlə üzləşirlər.

Su böhranı Azərbaycanın reallığında

Qlobal tendensiyalar Azərbaycanın da yan keçməyib. Ölkəmizin su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və region üzrə ümumi su ehtiyatlarının cəmi 15 %-ini təşkil edir. Adambaşına düşən su ehtiyatlarının həcmi baxımından Azərbaycan qonşu ölkələr arasında ən aşağı göstəriciyə malikdir.

Azərbaycanda bərpa olunan şirin su ehtiyatlarının 17,8 milyard kubmetri, yəni 67,9 %-i yerüstü su mənbələrinin payına düşür. Bu ehtiyatlar əsasən çaylarda cəmləşib. Lakin ölkədəki çayların böyük əksəriyyəti kiçik, uzunluğu 5 kilometrdən az olan və azsulu çaylardır. Daha mühüm risk isə ondadır ki, çay sularının təxminən 70 %-i ölkə hüdudlarından kənarda – qonşu dövlətlərin ərazisində formalaşır. Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmi kəskin azalır. Eyni zamanda Kür və Araz çaylarının suları yuxarı axın ölkələrində sugötürücü qurğular vasitəsilə mənimsənildikcə Azərbaycanın su balansında ciddi boşluqlar yaranır. Bu isə artan tələbatın ödənilməsini daha da çətinləşdirir.

Ölkə ərazisində mövcud olan 700-ə yaxın gölün böyük hissəsi yay aylarında quruyur. Yeraltı (qrunt) suları isə yüksək keyfiyyəti ilə seçilir və strateji ehtiyat kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda əsas buzlaq zonaları Böyük Qafqaz dağlarında, xüsusilə Qusar çayı hövzəsində yerləşir. Lakin son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi əhəmiyyətli dərəcədə azalıb ki, bu da gələcək su təhlükəsizliyi üçün əlavə risklər yaradır.

Su təhlükəsizliyinə vurulan zərbə və onun aradan qaldırılması

Azərbaycanın su çatışmazlığı problemi uzun illər Ermənistanın torpaqlarımızı işğal etməsi ilə də dərinləşib. Su ehtiyatlarımızın təxminən dörddə biri vaxtilə işğal altında olan ərazilərdə formalaşırdı. İşğal dövründə “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının qəsdən bağlanması, infrastrukturun dağıdılması faktiki olaraq Azərbaycana qarşı su terroru siyasətinin həyata keçirilməsi idi.

44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoyulması bu təhlükəni aradan qaldırdı və ölkənin su təhlükəsizliyində yeni mərhələnin əsasını qoydu. Azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası istiqamətində qısa müddətdə genişmiqyaslı işlərə başlanıldı. “Sərsəng” və “Suqovuşan” su anbarları, eləcə də Füzuli rayonunda “Köndələnçay” üzərində yerləşən üç su anbarı, Ağdamda “Xaçınçay”, Laçında isə “Zabuxçay” su anbarları tamamilə yenidən qurulub. Bundan əlavə, “Həkəriçay” və “Bərgüşadçay” üzərində iki iri su anbarının tikintisi planlaşdırılır və artıq hazırlıq mərhələsinə start verilib.

İnvestisiya və innovasiyalar dövlət siyasətinin əsas sütunudur

Azərbaycan dövləti su təhlükəsizliyini strateji prioritet kimi müəyyən edib. Proses şəxsən Prezident İlham Əliyevin nəzarətindədir və bu sahədə qərarlar sistemli yanaşma əsasında qəbul edilir. Qlobal iqlim dəyişiklikləri fonunda ölkənin su təhlükəsizliyi məsələlərinin mərhələli və ardıcıl şəkildə həll edilməsi bunun bariz nümunəsidir.

Son 20 ildə əhalinin, sənayenin və kənd təsərrüfatının dayanıqlı su təminatını gücləndirmək məqsədilə ümumi tutumu 500 milyon kubmetrdən artıq olan dörd iri su anbarı inşa edilib. Xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarlarının tikintisi həm Bakının, həm də ölkənin qərb bölgəsinin su təminatında həlledici rol oynayıb. Bu layihələr olmasaydı, bu gün həmin ərazilərdə su təchizatı ciddi risk altında qala bilərdi.

Prezidentin göstərişi ilə hazırlanmış Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı problemin həllinə kompleks yanaşmanın göstəricisidir. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikintisi nəzərdə tutulur. Fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı hazırkı 70 %-dən 95 %-ə çatdırılacaq. 200 kilometrdən çox magistral kanal və eyni həcmdə paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

Bu tədbirlər Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təminatını əsaslı şəkildə yaxşılaşdıracaq. Abşeron yarımadasının su təhlükəsizliyini gücləndirmək üçün ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası da planlaşdırılır. Bununla Bakıya daxil olan su mənbələrinin sayı altıya çatacaq. Eyni zamanda “Ceyranbatan” su anbarının dayanıqlı su ilə təmin edilməsi üçün Samur-Abşeron kanalının infrastrukturunun inkişafı istiqamətində əlavə tədbirlər həyata keçiriləcək.

Bu investisiyaların real iqtisadi səmərəsi də var. Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsinə əsasən, su təchizatı, sanitariya və gigiyena sahəsinə yatırılan hər bir dollar gələcəkdə azı 4 dollar, bəzi hallarda isə daha yüksək iqtisadi fayda gətirir.

Uzunmüddətli təhlükəsizliyin açarı

Hazırda Azərbaycanda su resurslarının 70 %-dən çoxu kənd təsərrüfatı suvarmasında istifadə olunur. Bu isə su qıtlığının azaldılması və gələcək nəsillər üçün resursların qorunması baxımından səmərəli istifadənin xüsusi əhəmiyyət daşıdığını göstərir. Kənd təsərrüfatında suvarma proseslərinin optimallaşdırılması, müasir suvarma texnologiyalarının tətbiqi, fermerlərə suyun real tələbat əsasında verilməsi, suyun uçotunun dəqiq aparılması üçün ölçmə qurğularının quraşdırılması bu istiqamətdə atılmalı əsas addımlardandır.**report.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri