Icma.az
close
up
RU
WMO dan xəbərdarlıq: Qlobal su böhranı dərinləşir

WMO dan xəbərdarlıq: Qlobal su böhranı dərinləşir

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya Meteorologiya Təşkilatı (WMO) sel və quraqlıqların şiddətlənməsi fonunda qlobal su böhranının daha da dərinləşdiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, WMO-nun yayımladığı "2024-cü ildə qlobal su ehtiyatlarının vəziyyəti” adlı hesabatda bildirilib ki, dünya üzrə su dövranı getdikcə daha qeyri-sabit xarakter alır və dağıdıcı sel hadisələri ilə şiddətli quraqlıqlar arasında kəskin dəyişikliklər müşahidə olunur. Hesabatda həmçinin, şirin su ehtiyatları üzərində təzyiqin artdığı və iqlim dəyişikliyinin cəmiyyətlərə və iqtisadiyyatlara zəncirvari təsirlər göstərdiyi vurğulanıb.

Məlumatlara görə, 2024-cü ildə dünya üzrə çay hövzələrinin yalnız üçdə birində "normal” vəziyyət qeydə alınıb. Bu göstərici qlobal su balanssızlığının ardıcıl altıncı il davam etdiyini göstərir. Amazon hövzəsi və Cənubi Afrikada şiddətli quraqlıq baş verib, Orta və Şərqi Afrika, Mərkəzi Avropa və Asiyanın bəzi bölgələrində isə normadan xeyli artıq yağıntı müşahidə olunub.

Raporda qeyd olunub ki, dünya üzrə buzullar 2024-cü ildə 450 gigaton kütlə itirib. Bu, üç il ardıcıl olaraq genişmiqyaslı ərimənin davam etdiyini göstərir. Hesablamalara əsasən, itirilən buz kütləsi 180 milyon olimpiya ölçülü üzgüçülük hovuzuna bərabərdir və dəniz səviyyəsini 1,2 millimetr yüksəldərək sahil bölgələrində yaşayan yüz milyonlarla insan üçün ciddi risk yaradır.

Aşırı hava hadisələrinin böhranı daha da ağırlaşdırdığı vurğulanan hesabatda, Afrikanın tropik bölgəsində güclü yağışlar nəticəsində 2 min 500 nəfərin həyatını itirdiyi, təxminən 4 milyon insanın isə evlərini tərk etməyə məcbur qaldığı bildirilib. Braziliyada 2013-cü ildən bəri ən genişmiqyaslı sel fəlakəti qeydə alınıb: ölkənin cənub bölgələri dağıdıcı daşqınlarla, Amazon isə uzunmüddətli quraqlıqla üzləşib. Ümumilikdə, Braziliya ərazilərinin 60 faizi bu hadisələrdən təsirlənib.

WMO-nun baş katibi Seleste Saulo bildirib:

"Su cəmiyyətlərimizi ayaqda saxlayır, iqtisadiyyatımıza güc verir və ekosistemlərimizi dəstəkləyir. Buna baxmayaraq, dünyanın su ehtiyatları getdikcə daha böyük təzyiq altındadır və su ilə bağlı həddindən artıq təhlükələr həyatlara və dolanışıq vasitələrinə getdikcə daha çox təsir göstərir”.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri