Su çatışmazlığı məhsuldarlığa ciddi zərbə vurdu
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağcabədi rayonunun Köyük kəndində fermerlərə məxsus əkin sahələrinin uzun müddətdir suvarma suyundan məhrum qaldığı bildirilir. Sakinlərin iddiasına görə, bu vəziyyət məhsuldarlığa mənfi təsir göstərərək onlara maddi ziyan vurub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Quliyev problemin mövcud olduğunu təsdiqləyib. O bildirib ki, söhbət 45 deyil, təxminən 42 hektar əkin sahəsindən gedir.
Onun sözlərinə görə, vətəndaşa məxsus buğda və pambıq sahələri su ilə təmin edilsə də, 25-30 hektarlıq yonca sahəsinə su çatdırmaq mümkün olmayıb. Buna səbəb isə həmin təsərrüfata aid artezian quyusunun nasosunun ötən ilin 16 dekabr tarixindən sıradan çıxmasıdır.
Azər Quliyev əlavə edib ki, məsələ rayon icra hakimiyyətində keçirilən iclasda müzakirə olunub və yaxın 10 gün ərzində nasosların yeniləri ilə əvəzlənməsi planlaşdırılır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 İyul 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















