Icma.az
close
up
RU
Su çatışmazlığı qlobal böhran olur

Su çatışmazlığı qlobal böhran olur

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ekologiya və ətraf mühitin mühafizəsi


Azərbaycanın bütün su mənbələri bir xəritədə - onlayn izlənəcək


Bu, beynəlxalq əməkdaşlıq və təcrübə əsasında həll edilməlidir



Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günü də yaddaqalan çıxışlarla zəngin olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilən tədbirin ilk günündə “Su təmizlənməsi üçün kompleks həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi” adlı təqdimatlar və s. müzakirə olunurdusa, dünən 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı baş tutub. Konfransda 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edib. “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” adlı panel müzakirələr keçirilib. Həmçinin dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma memorandumları imzalanıb. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Sədri Muxtar Babayev 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə jurnalistlərə açıqlamasında qeyd edib ki, COP30-un keçiriləcəyi Braziliya dünyanın ən zəngin su ehtiyatlarına malik ölkədir: "Əlbəttə, COP30-da su ilə bağlı bəzi təşəbbüslərin müzakirəsi nəzərdə tutulub. Daha dəqiq təşəbbüslə onlar özləri çıxış edəcəklər. Amma sudan düzgün istifadə gündəmdə olan əsas məsələlərdəndir. Bu məsələ su ehtiyatları zəngin olan Braziliyada da aktualdır". "Məsuliyyətli suyun istehlakı bu günün əsas mövzusu olmalıdır. Ona görə də fürsətdən istifadə edib hamını bu məsələdə bir olmağa, kömək etməyə çağırıram", - deyə M.Babayev qeyd edib. M.Babayev bildirib ki, Azərbaycanda su anbarlarında 16 milyard kubmetr su yığılıb: "Təsəvvür edin, biz onu bir manatdan hesablasaq, 16 milyard manat dəyər edir. Onu da litrlə hesablasaq, trilyonlarla litr suya bərabər olur. O suyun yığılmasını bacarmışıqsa, o suyun istifadəsini də bacarmalıyıq". "Biz çayların aşağı axınında yerləşən ölkəyik. Ona görə də su məsələsi qonşularımızla həmişə gündəmimizdə olmalıdır. Regionda yeganə ölkə Azərbaycandır ki, Su Konvensiyasının üzvüdür. Qalan ölkələr bu konvensiyanın üzvü deyil. Ona görə də bu məsələdə beynəlxalq əməkdaşlığı diqqətdə saxlamalıyıq. Bu məsələdə təkcə ölkəmizi yox, regionu da fikirləşməliyik", - deyə M.Babayev qeyd edib. “Su ehtiyatlarının səmərəli idarə olunması artıq yalnız bir ölkənin daxili məsələsi deyil, bu, qlobal əhəmiyyət kəsb edən bir məsələdir”. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib. O bildirib ki, Azərbaycan Respublikasında su resurslarının qorunması, su ehtiyatlarının səmərəli istifadə olunması dövlət siyasətinin əsas istiqamətlərindən və əsas prioritetlərindən biridir. "Bu gün iqlim dəyişikliyi, su qıtlığı kimi çağırışlar bir ölkənin daxili imkanları hesabına həll olunan məsələ deyil. Buna görə də beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bunun əsasında yeni təşəbbüslərin irəli sürülməsi bizim üçün xüsusi önəm daşıyır. Bu konfrans da bu baxımdan olduqca vacib rol oynayır. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, yeni ideyalar nəticəsində yeni tərəfdaşlıqların formalaşmasına nail olacağıq", - deyə sədrin birinci müavini qeyd edib. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov isə qeyd edib ki, dünyadakı su ehtiyatlarının yalnız 4 faizini insanlar normal istifadə edə bilərlər. O bildirib ki, suyun insanların xeyrinə istifadə oluna biləcək miqdarı çox azdır: "Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq. Bundan başqa, əhalinin sayı artıb. Suya olan tələbat həddindən artıq çoxalıb. Sənayeləşmə, urbanizasiya kimi amillər də su qıtlığına səbəb olar. Çünki suya olan neqativ təsirlər də öz mənfi effektini göstərir".

Konfransın işində iştirak edən Çexiyanın sənaye texnologiyaları və su təmizləmə texnologiyaları üzrə ixtisaslaşmış “MEGA a.s” şirkətinin əsas müştəriləri ilə iş üzrə meneceri Mixail Yirdaşek bildirib ki, şirkət Azərbaycan bazarına çıxış imkanını nəzərdən keçirir. “Biz Azərbaycan bazarında işləmək, burada artıq mövcud olan zavodlardakı fəaliyyətdə olan xətlərin müasirləşdirilməsinə kömək edəcəyimiz tərəfdaşlar tapmaq və ya misal üçün, su bərpasının yüksək səviyyəsinin əldə olunmasına vəsilə olan yeni “yaşıl” layihələrdə iştirak etmək istərdik”, - deyə o bildirib. Menecerin bildirdiyinə görə, “MEGA a.s” şirkəti çirklənmiş suyun “sıfırdan” sifarişçi və ya tərəfdaşların tələb etdiyi səviyyəyə qədər təmizlənməsinə imkan verən texnologiyalar tətbiq edə bilər. “Bizim həllin unikallığı ondadır ki, texnoloji xətlərə biz öz istehsalımız olan eletromembran texnologiyalar inteqrasiya edirik. Hər bir texnologiyadan ən yaxşı tərəfləri seçir və onları birləşdiririk ki, həm suyun maksimal dərəcədə təmizlənməsi və bərpası, həm də bütün prosesin iqtisadi səmərəliliyi təmin edilsin,” - deyə M.Yirdaşek bildirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov çıxışı zamanı qeyd edib ki, Azərbaycanda elektron su təsərrüfatı informasiya sisteminin və coğrafi informasiya texnologiyalarına əsaslanan milli su atlasının yaradılması üzrə işlərə başlanılıb. O bildirib ki, sözügedən layihəyə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") və digər qurumlar cəlb olunub: "Eektron su təsərrüfatı informasiya sistemi yaradıldıqdan sonra biz çaylardan, yeraltı və yerüstü su mənbələrindən başlayaraq son istehlakçıya qədər suyun balans və uçotunu əldə edəcəyik. Eyni zamanda suyun tənzimlənməsi, çatdırılması və istifadəsi ilə bağlı onlayn izlənilməsi və idarə edilməsi mümkün olacaq". Sədr müavini vurğulayıb ki, elektron su atlası Azərbaycanda ilk dəfə hazırlanır: "Atlasın əsas məqsədi ondan ibarətdir ki, ölkəmizin bütün su ehtiyatlarının, su ilə bağlı resursların, infrastrukturun, bütün yeraltı və yerüstü su mənbələrinin son nöqtələrə çatdırılması ilə bağlı vahid coğrafi məlumat bazasında toplansın. Bu sistem digər dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya olunacaq və geniş imkanlara malik elektron, onlayn interfeysə sahib olacaq". "Bu işlər tamamlandıqdan sonra aidiyyəti qurumlar, şirkətlər və su istifadəçiləri sistemdən rahatlıqla yararlana biləcəklər. Bütün bunların məqsədi ölkəmizdə dayanıqlı, keyfiyyətli su təminatının həyata keçirilməsidir", - deyə sədr müavini əlavə edib. İ.Bayramov işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin su təchizatı ilə bağlı görülən işlər barədə də məlumat verərək qeyd edib ki, Şərqi Zəngəzur və Qarabağ üzrə 10 şəhər və 79 yaşayış məntəqəsinin su təchizatı ilə təmin olunması üçün layihə-smeta sənədləri artıq təsdiqlənib. Bir neçə su anbarlarının - Xaçınçay, Köndələnçay anbarlarının təmir-bərpa işləri təmin olunub: "Zabuxçay su anbarının inşası və Zabuxçaydan çıxan 51 km uzunluğunda magistral boru xəttinin inşası həyata keçirilib. Eyni zamanda bu regionda Həkəriçay və Bərgüşadçay su anbarlarının inşası istiqamətində işlər aparılır". Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır. “ACWA Power” baş direktoru Marko Arçelli Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiyasında çıxışı zamanı su ehtiyatlarının istifadəsində vacib olan məqamlara toxunub. Qeyd edib ki, son 15 il ərzində “ACWA Power” bir kubmetr suyun istehsalı üçün enerji sərfiyyatını 15 kVt·saatdan 2,7 kVt·saata endirib:  “ACWA Power – dünyada duzsuzlaşdırma texnologiyaları sahəsində ən böyük şirkətdir. Bizim gücümüz dörd ölkədə gündə 9 milyon kubmetrdən çoxdur, tezliklə bu göstərici altı ölkəyə çatacaq. Biz bütün son tenderlərin qalibi olmuşuq, çünki texnologiyaları daim təkmilləşdiririk. Bu gün duzsuzlaşdırma qiymət baxımından rəqabətə davamlıdır, etibarlıdır və sabit təchizat təmin edir”. Onun sözlərinə görə, şirkət fəaliyyətinə rəqəmsal texnologiyalar və süni intellekti tətbiq edir. Əvvəllər həftəlik su testləri keçirilirdisə, indi onlayn monitorinq aparılır, stansiyanın rəqəmsal oxşarı yaradılır, kimyəvi maddələrin istifadəsi real vaxtda optimallaşdırılır. Bu, xərcləri azaldır və ekoloji yüklənməni minimuma endirir. M.Arçelli vurğulayıb ki, su çatışmazlığı problemi qlobal səciyyə daşıyır. Bu, təkcə inkişaf etməkdə olan ölkələrə deyil, bütün dünyaya aiddir və gələcəkdə daha da kəskinləşəcək. “Bakı Su Həftəsi”ndə aparılan müzakirələr, əldə edilən nəticə və qəbul edilən qərarlar su çatışmazlığı kimi qlobal problemin həllində böyük əhəmiyyətə malikdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri