Su içmək üçün ən yaxşı vaxt hansı saatdır?
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Su içmək üçün ən yaxşı vaxt hansı saatdır?
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Oksana Qribanova gün ərzində təmiz su içməyin qanda olan zəhərləri, toksinləri çıxarmağa kömək etdiyini bildirib.
"Su içmək üçün ən yaxşı vaxt haqqında müxtəlif fikirlər var. Yemək zamanı hər hansı mayedən qaçmaq lazım olduğuna da inanılır.
Yeməkdən 30 dəqiqə əvvəl ilıq su içmək faydalıdır. O, mədəni aktivləşdirir, həzmi yaxşılaşdırır və həddindən artıq yeməkdən qaçmağa kömək edir. Amma yeməkdən dərhal sonra bunu etməməlisən. Bir saat və ya ən azı 30 dəqiqə gözləmək daha yaxşıdır.
Yeməklər arasında su içmək idealdır. Bu, su balansını qoruyur və maddələr mübadiləsini yaxşılaşdırır.
Bəzən biz susuzluğu aclıqla səhv salırıq. Su içməyə çalışın, siz naharı təxirə salmaq istəyə bilərsiniz. Su təxminən 30-40 dərəcə istilikdə ola bilər, o ağızı yandırmamalıdır, eləcə də qazlı və ya buzlu olmamalıdır”, - həkim qeyd edib.
Baxış sayı:96
Bu xəbər 05 Aprel 2025 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















