“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Son illərdə populyarlıq qazanan su pəhrizi müəyyən müddət ərzində yalnız su qəbuluna əsaslanan qidalanma üsuludur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, bu üsul arıqlamaq üçün effektiv vasitə deyil, əksinə, orqanizm üçün ciddi risklər yaradır.
Mütəxəssis insanın yalnız su qəbul etdikdə orqanizmin artıq piy ehtiyatlarını deyil, ilk növbədə daxili rezervləri - suyu və xüsusilə əzələ kütləsini sərf etməyə başladığını bildirərək qeyd edib: “Uzun müddət ac qalmaq maddələr mübadiləsinin zəifləməsinə, elektrolit balansının pozulmasına səbəb olur. Bu vəziyyət ürək ritminin pozulması, qan şəkərinin kəskin enməsi, böyrək funksiyalarının zəifləməsi və saç tökülməsinin sürətlənməsi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bundan əlavə, bu cür sərt pəhrizlərdən sonra itirilən çəkinin qısa müddətdə geri qayıtma ehtimalı da artır”.
Tutu Zeynalova vurğulayıb ki, çəkini azaltmaq istəyən şəxslər sağlam və balanslı qidalanma prinsiplərinə əməl etməli, eyni zamanda, müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 İyun 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















