Icma.az
close
up
RU
“Su pərisinin nəğməsi”

“Su pərisinin nəğməsi”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramiz Əskərin 100-cü kitabının xatirə günündə təqdimatı

Bir il əvvəl doğmalar-dostlar onun 70 illik yubileyini, ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsinin sevincini səmimi bir məclisdə qeyd etmişdilər. Bir il sonra isə həmin adamlar tanınmış türkoloq, filologiya professoru, Əməkdar jurnalist Ramiz Əskərin növbəti ad günündə onun 100-cü kitabının təqdimatına həm də xatirə mərasimi kimi toplaşdılar.

Ötənilki məslisdə həmkarımızın yarım əsrlik fəal elmi-publisistik yaradıcılığı dövründə 94 yüksək dəyərli kitab ərsəyə gətirdiyi dönə-dönə vurğulanmışdı. Onun bu davamlı və gərgin fəaliyyəti milli elmi-mədəni irsimizi, türkologiyamızı zənginləşdirməyə fədakar xidmət kimi qiymətləndirilmişdi. Həmin gün sonda çıxış edib xoş sözlərə, verilən dəyərə görə razılığını bildirən yubiliyar söz vermişdi ki, növbəti ad günündə kitablar serialını 100-ə çatdıracaq. 
4 ay sonra məhsuldar və yazıb-yaratmaq həvəsi tükənməyən alim-publisistin ömrü bu vədə vəfa etmədi. Lakin Ramiz Əskərin zəngin yaradıcılıq yolu onun yubiley öhdəliyinə sadiq çıxdı. Özünü milli məfkurənin və qələmin sıravi əsgəri sayan bu ziyalılıq generalının irsi onun builki ad gününə söz verdiyi 100-cü kitabla yetişdi. 
Builki xatirə mərasimində dostumuzun sağlığında “sandıq ədəbiyyatı” adlandırıb çapını lap axıra saxladığı şeirlərindən ibarət 100-cü kitabla görüş ramizsevərlərin qəlbinə təsəlli və toxtaqlıq gətirdi, hüznlü duyğu-düşüncələrdən Ramiz sevgisi pərvazlandı.
Mərasimdə Ramiz Əskərlə yarım əsrə yaxın müddətdə birgə məfkurə yolçuluğu etmiş, onun misilsiz uğurlarına hamıdan artıq sevinmiş folklorşünas-türkoloq Əli Şamil məslək dostunun qoyub getdiyi qiymətli irsin bütöv bir kitabxana təşkil etdiyindən öyünclə söz açdı. O, mərhum alimin irsinin qoruyucusu, qardaşının poetik yaradıcılığını kitab halında oxuculara təqdim edən bacısı Nailə Əskərə dostlar adından təşəkkürünü bildirdi.
Kitabın tərtibçisi dosent Nailə Əskər, nəşrin redaktoru və ön söz müəllifi professor  Avtandil Ağbaba toplunun ərsəyəyə gəlməsi, burada yer almış poetik nümunələrin Ramiz Əsrərin çoxyönlü fəaliyyətinin daha bir mükəmməl sahəsinə işıq saldığını söylədilər.
Ramiz Əskərin tələbə yoldaşları və dostlarından şair-filoloq Adil Cəmil, jurnalistlər Əzizə Şamil, Adil İrşadoğlu, Şərif Kərimli, Tahir Rüstəmli, yazıçı Səfər Alışarlı, şair Tahir Talıblı, dövlət qulluqçusu İsrafil Qurbanov, şərqşünas-diplomat Abbasəli Həsənov, diaspor fəalı Qənimət Səfərov və digər çıxış edənlər Ramiz Əskərin parlaq və unudulmaz xatirəsini sevg-sayğı ilə yada saldılar, onun məfkurə xəzinəsi olan irsinin ölməzliyini söylədilər. Bildirildi ki, təqdim edilən kitab Ramiz Əskərin həm də istedadlı şair, incə ruhlu söz ustası olduğunu gündəmə gətirdiyinə görə ramizsevərlərə qiymətli töhfədir.
Sonda qardaşının xatirəsinə göstərilən ehtirama görə razılığını bildirən Nailə Əskər qeyd etdi ki, onun dram əsərlərindən və arxivində qalan materiallardan ibarət nəşrlər də tezliklə işıq üzü görəcək.
Sonda xatırladaq ki, zəngin və mənalı ömür yaşamış Ramiz Əskər 1954-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdu. Bakı və Moskva Dövlət universitetlərinin jurnalistika fakültəsində ali təhsil almışdı. Yaradıcılığının ilk onilliklərində o, Azərbaycan Radiosunun şöbə redaktoru, "Azərbaycan bu gün" jurnalının, "Odlar yurdu" və "XXI əsr" qəzetlərinin baş redaktoru, Türkiyənin "Hürriyet" qəzetinin və "Yeni Forum" jurnalının Azərbaycan müxbiri, Xarici Turizm Şurasının idarə rəisi olmuşdu. 
Sonrakı illərdə Ramiz müəllim Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi – müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdı. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi. Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair çoxsaylı kitablar yazmışdı. Türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdi. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdi. 
Ramiz Əskər Əməkdar jurnalist fəxri adına layiq görülmüş, “Şöhrət” və Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdi.  Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatlarını almışdı. Özbəkistanın “Dostluq” ordeninə və Babur mükafatına, Ukraynanın Bəkir Çobanzadə mükafatına, Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdü. Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun üzvü idi. 

Tahir AYDINOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri