Icma.az
close
up
RU
Su pulunu azaltmağın yolu mətbəxinizdədir İllərdir səhv bilmişik…

Su pulunu azaltmağın yolu mətbəxinizdədir İllərdir səhv bilmişik…

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Əksər evlərdə qab yuyan maşın hələ də “lüks” məişət texnikası kimi qəbul olunur. Hətta onu alanların bir qismi belə düşünür ki, cihaz həm çox su, həm də çox elektrik sərf edir. Buna görə də bir çox ailə qabları əl ilə yumağın daha sərfəli olduğuna inanır. Lakin son illərdə aparılan beynəlxalq araşdırmalar tamamilə fərqli mənzərə ortaya qoyur.

“Yeni Sabah” xəbər verir ki, müasir qab yuyan maşınları düzgün istifadə edildikdə həm suya, həm də elektrik enerjisinə qənaət edə bilir. Bunun əsas səbəbi isə cihazın suyu davamlı axıtmaması, eyni suyu filtrdən keçirərək dövriyyədə istifadə etməsidir. 

Bir yuma üçün nə qədər su sərf olunur? Pepperoni pizza

İngiltərənin istehlakçı təşkilatı “Which?” tərəfindən 2026-cı ildə aparılan araşdırmaya əsasən, orta hesabla əl ilə qab yuma zamanı 14 nəfərlik qab dəsti üçün təxminən 63 litr su istifadə olunur.  Eyni həcmdə qab müasir qab yuyan maşında əsas proqramda təxminən 13 litr su ilə yuyulur. “Eco” proqramında isə bu göstərici 10 litrdən də aşağı düşə bilir.

Başqa sözlə, müasir qab yuyan maşını əl ilə yuma ilə müqayisədə orta hesabla 80-84 faiz daha az su sərf edir. 

Elmi araşdırmalar nə deyir?

Almaniyanın Bonn Universitetinin tədqiqatçılarının müxtəlif ölkələrdə apardığı araşdırmalarda yüzlərlə insanın qab yuma vərdişləri müqayisə edilib.

Nəticələr göstərib ki, insanlar əl ilə qab yuyarkən orta hesabla 49 litr su istifadə ediblər, eyni miqdarda qab qab yuyan maşında cəmi 13 litr su ilə yuyulub, qab yuyan maşın həm də daha yaxşı təmizləmə nəticəsi göstərib.

Araşdırma zamanı məlum olub ki, insanlar qabları əl ilə yumağa orta hesabla 60 dəqiqə vaxt sərf etdikləri halda, qab yuyan maşının doldurulması və boşaldılması cəmi 9 dəqiqə çəkib. 

Bəs elektrik sərfiyyatı?

İnsanların ən böyük narahatlığı elektrik enerjisidir. Çünki qab yuyan maşın 1-3 saata qədər işləyə bilir. Əslində isə proqramın uzun çəkməsi yüksək enerji sərfiyyatı demək deyil.

“Eco” proqramlarında maşın suyu daha aşağı temperaturda qızdırır və yuma müddətini uzadaraq daha az elektrik sərf edir. Məhz buna görə də ən uzun proqramlar çox vaxt ən qənaətcil proqramlar hesab olunur. 

Mütəxəssislər bildirirlər ki, qab yuyan maşınlarda əsas enerji suyun qızdırılmasına sərf olunur. Su az istifadə olunduğuna görə enerji sərfiyyatı da azalır. 

Niyə əl ilə yuma daha çox su aparır?

Bir çox insan kranı bağladığını düşünsə də, araşdırmalar göstərir ki, qabların isladılması, köpüklənməsi, axar su altında yaxalanması ümumi su sərfiyyatını xeyli artırır.

Qab yuyan maşın isə eyni suyu nasos vasitəsilə dəfələrlə dövr etdirərək istifadə edir, yalnız son yaxalama mərhələsində təmiz su əlavə edir. Bu da su itkisini minimuma endirir. 

Qənaət üçün necə istifadə etmək lazımdır?

Ekspertlər maksimum qənaət üçün bir neçə sadə qaydaya əməl etməyi məsləhət görürlər:

1. Maşını tam dolmadan işə salmamaq

2. Mümkün olduqda “Eco” proqramını seçmək
3. Qabları əvvəlcədən axar su altında yuyub təmizləməmək, sadəcə iri qida qalıqlarını təmizləmək

4. Enerji və su sərfiyyatı aşağı olan yeni nəsil modellərə üstünlük vermək. 

Araşdırmalar göstərir ki, “qab yuyan maşın çox su və işıq sərf edir” fikri daha çox köhnə modellərdən qalan təsəvvürdür. Müasir cihazlar tam dolu vəziyyətdə və düzgün proqram seçimi ilə istifadə olunduqda, əksər hallarda əl ilə qab yumaqdan həm daha az su, həm də daha səmərəli enerji sərf edir. Üstəlik, istifadəçiyə vaxt qazandırır və yüksək temperatur hesabına daha gigiyenik nəticə əldə etməyə imkan verir. 

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Avqust 2026 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri