Icma.az
close
up
RU
Su qədim inamların yaşadılan simvoludur MÜNASİBƏT BİLDİRİLDİ

Su qədim inamların yaşadılan simvoludur MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Su çərşənbəsi Novruzun gəlişindən öncə qeyd olunan dörd çərşənbənin birincisidir. Bu çərşənbə müxtəlif bölgələrdə fərqli adlarla tanınır: Sulu çərşənbə, Güllü çərşənbə, Xəbərçi və s. Adların fərqli olması o qədər də önəmli deyil. Əsas məqam odur ki, xalq inanclarına görə bu çərşənbə həyatın başlanğıcını simvolizə edir".

Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, su çərşənbəsi yalnız Novruz ənənəsinin bir hissəsi deyil, həm də qədim türklərin su kultu ilə bağlı dərin inanclarına söykənir. Qədim türk dünyagörüşündə su müqəddəs sayılır, ona canlı varlıq kimi yanaşılırdı. Suyun ilahi başlanğıc olduğu düşünülürdü. Bu inanclar həm yazılı mənbələrdə, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanında, həm də xalq yaddaşında öz əksini tapmışdır: "Xalq inancına görə, Su çərşənbəsi gecəsi bütün sular təzələnir və saflaşır. İnsanlar sübh tezdən bulaq başına gedər, suyun üzərindən atlanar, əl-üzlərini yuyardılar. Bu, yalnız gigiyenik əməl deyil, həm də mənəvi və ruhani təmizlənmə kimi qəbul olunurdu. Axar suya tüpürmək, onu çirkləndirmək, suya bəddua etmək böyük günah sayılırdı. Çünki su müqəddəsdir və ona hörmətsizlik etmək ilahi başlanğıca hörmətsizlik kimi dəyərləndirilirdi.

Bəzi bölgələrdə Su çərşənbəsi axşamı fal açmaq adəti də olub. Su qabına üzük və ya digər əşyalar atılaraq niyyət tutulardı. “Lal su” adəti də geniş yayılmışdı. Su gətirən şəxs yol boyu danışmazdı. İnanılırdı ki, danışarsa, niyyəti qəbul olmaz. Gətirilən su ilə evdəkilərin üzərinə su çiləyər, bununla onları ağırlıqdan və pis enerjidən təmizlədiklərinə inanardılar.

Qədim türk mifologiyasında su kainatın ilkin ünsürü hesab olunur. Bəzi miflərdə dünyanın su üzərində yaranması təsvir edilir. Bu baxımdan, Su çərşənbəsi kosmoqonik düşüncənin, yəni kainatın yaranışı ilə bağlı qədim təsəvvürlərin bu günə qədər yaşadılan izidir. Bu gün də bir çox bölgələrdə su ilə bağlı rituallar davam etdirilir. Məsələn, su qabı, bəzən saxsı qab doldurulub evə gətirilir və qapı ağzına qoyulur. Bəzi yerlərdə isə həmin qab evin divarına və ya ağac dibinə çırpılıb sındırılır. Bu, köhnənin qırılması və yeniliyin başlanğıcı kimi yozulur.

Zaman keçdikcə bəzi inanclar zəifləsə də, Su çərşənbəsi xalqımızın qədim dünyagörüşünü, təbiətə və xüsusilə suya olan dərin hörmətini yaşadan ən önəmli mərasimlərdən biri olaraq qalır. İnama görə, suyun axması evə uğurun gəlməsi, evdəki bədbəxtliyin və ağırlığın aradan qalxması kimi yozulur. Xalq təqviminə əsasən, ilk çərşənbənin - Su çərşənbəsinin - başlanması ilə çayların buzları əriməyə başlayır, sular açılır, suyun canına istilik gəlir. Bu, suyun oyanışı kimi qəbul olunur və yazın ilk müjdəsi sayılır.

Su ümumiyyətlə həyatın başlanğıcıdır. Suyun alternativi, demək olar ki, yoxdur; yer üzündə heç nə suyu əvəz edə bilməz. Novruzdan əvvəl qeyd olunan dörd müqəddəs çərşənbənin birincisi olan Su çərşənbəsi xalq təfəkküründə məhz həyatın başlanğıcı kimi qəbul edilir. Qədim inama görə, kainat əvvəlcə sudan yaranıb. Su saflığın, təmizliyin və diriliyin rəmzidir və xalqımız bu inamı əsrlər boyu yaşadıb.

“Su təmizləyər, su aydınlıq gətirər”, - deyərlər. Dualarda belə ifadələr işlədilir: “Qapından duru su axsın”. Bir qız haqqında danışarkən “sudan aydın, sudan duru” deyilməsi onun paklığını və təmizliyini ifadə edir. İnsan saflığının su ilə müqayisə olunması suyun müqəddəsliyinin xalq düşüncəsində nə qədər dərin yer tutduğunu göstərir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri