Icma.az
close
up
RU
Su qıtlığı ilə bağlı XƏBƏRDARLIQ Azərbaycan üçün hansı təhlükə var?

Su qıtlığı ilə bağlı XƏBƏRDARLIQ Azərbaycan üçün hansı təhlükə var?

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə su ehtiyatları baxımından məhdud resurslara malik ölkələrdən biridir. Onun sözlərinə görə, hazırda ölkəmizdə mövcud olan su ehtiyatları əhalinin və kənd təsərrüfatının tələbatını tam ödəyə bilmir.

Bu gələcəkdə ciddi su qıtlığının yaranmasına səbəb ola bilərmi?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli "Bizim.Media"ya danışıb.

"Məlum olduğu kimi, bizim su ehtiyatlarımız daha çox 70 faizi transsərhəd çayları vasitəsilə yerdə qalan hissəsi isə daxili ehtiyyatlarımızla formalaşır. Su ehtiyatlarının az olması həm təbii, həm də antropogen amillərlə əlaqədardır. Azərbaycanın ərazisinə düşən çay sularının əhəmiyyətli hissəsi xarici ölkələrdən – əsasən Gürcüstan, Ermənistan və Türkiyədən gəlir. Lakin son illərdə bu çayların səviyyəsində azalma müşahidə olunur. Eyni zamanda, iqlim dəyişmələri, quraqlıqlar və əhalinin artması suya olan tələbatı daha da artırır. Su ehtiyatlarının düzgün idarə olunmaması, suvarmada israfçılıq, su infrastrukturunun köhnəlməsi vəziyyəti daha da çətinləşdirir. Elə bölgədə yerləşirik ki, su resurslarımız qeyri-bərabər paylanıb. Bu gün Bakı şəhərində bol su görürüksə, o demək deyil ki, bu, ölkənin digər rayonlarında da belədir. Qətiyyən belə deyil. Bu sahədə ciddi problemlər var. Mövcud məsələni həll etmək üçün su qənaətlə istifadə olunmalıdır. Əgər sudan düzgün istifadə edəriksə, sıxıntı olmayacaq. Əsas su qıtlığı çəkən bölgə aran rayonlarıdır. Bununla yanaşı Şamaxı, Qobustan, Ağsuda da problemlər var. Dağlıq rayonlarımızda bir o qədər sıxıntı yoxdur. Əsas suya ehtiyacı olan ərazilərimizdə sudan düzgün istifadə olunmalıdır. Suvarma metodları həyata keçirilməlidir. Selləmə suvarma üsulunu unutmalıyıq. Qurunt sularını təmizləyib istifadə edə bilərik. Bu problemlə bağlı bir çox həll yolları da var. Biz sudan düzgün istifadə etmədiyiniz halda gələcək nəsillərə heçnə buraxmırıq”,- deyə ekoloq vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri