Icma.az
close
up
RU
Qaradağda püskürən vulkanl bağlı XƏBƏRDARLIQ “Evlər üçün təhlükə var”

Qaradağda püskürən vulkanl bağlı XƏBƏRDARLIQ “Evlər üçün təhlükə var”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 25-də Qaradağ rayonunda yerləşən palçıq vulkanında püskürmə baş verib.

Püskürmə zamanı vulkan ərazisində güclü alovlanma müşahidə olunub. Alovun bir neçə kilometr məsafədən göründüyü bildirilir. Qeyd edək ki, Qaradağ ərazisində yerləşən palçıq vulkanlarında bu cür hadisələr daha əvvəl də qeydə alınıb. Belə ki, 2025-ci ilin oktyabrında Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmə də güclü alovlanma ilə müşayiət olunmuşdu.

Bəs palçıq vulkanında baş verən bu püskürmə və güclü alovlanma nə ilə bağlıdır? Belə alovlanma palçıq vulkanları üçün nə dərəcədə xarakterikdir və hadisənin intensivliyi yeraltı proseslərlə bağlı hansı məlumatları verir?

Qaradağ ərazisində palçıq vulkanlarında son illərdə belə hadisələrin təkrarlanması hər hansı seysmik və ya geoloji aktivliyin göstəricisi sayıla bilərmi? Bu cür püskürmələrin yaxın ərazilərdə yaşayan əhali və infrastruktura hər hansı riski varmı?

Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a danışıb. O deyib ki, bu cür alovlanma palçıq vulkanları üçün xarakterikdir. Vulkan ərazisində qazlar toplanır və vulkanın partlayışla püskürməsi zamanı həmin qazlar alışaraq yanmağa başlayır. Qaz sönəndən və orada toplanmış flüidlər, qazlar tükəndikdən sonra isə vulkan palçıq atmağa başlayır, xırda brekçiyalar da axın şəklində yayılır: "Bu həmin vulkanın ilk püskürməsi deyil. Düzdür, hazırda bir çox insanlar palçıq vulkanlarının ətrafında evlər tikirlər. Halbuki nəzərə almaq lazımdır ki, vulkanın nə vaxtsa püskürmə ehtimalı var və bu, müəyyən fəsadlara, xoşagəlməz hallara səbəb ola bilər. Bir çox ərazilərdə görürsən ki, vulkanlara yaxın yaşayış məntəqələrində binalarda çatlar əmələ gəlib. Nüvədi qəsəbəsində, eləcə də Lökbatan vulkanının ətrafında yerləşən binalarda belə hallara rast gəlinir".

Qurban Yetirmişli qeyd edib ki, vulkan təhlükəsi olan ərazilərdə tikinti məsələsinə daha ciddi yanaşılmalıdır:"Bu cür ərazilərdə tikinti aparmaq düzgün deyil. Əgər bilirsənsə ki, burada təhlükə var və bu təhlükə nə vaxtsa özünü göstərə bilər, həmin ərazilərin məskunlaşdırılması məsələsinə daha ciddi yanaşmaq lazımdır. Vulkan nə vaxtsa püskürməlidir. Vaxtilə insanları belə ərazilərə yaxın buraxmayıblar, məskunlaşmağa imkan verməyiblər. Çünki burada təhlükənin yarana biləcəyi əvvəlcədən nəzərə alınıb.

Ona görə də belə məsələlər barədə əvvəlcədən düşünmək lazımdır. Dünyanın müxtəlif yerlərində də görürük ki, qəfil sel hadisələri baş verir və sonradan məlum olur ki, suyun keçdiyi ərazilərdə, çay yataqlarında və digər riskli zonalarda qanunsuz tikililər aparılıb. Bu, düzgün yanaşma deyil. Eyni vəziyyət sürüşmə zonalarında və dik yamaclarda aparılan tikintilərə də aiddir. Sabah zəlzələ baş verərsə, həmin tikililərin olması dağıntıların miqyasını bir neçə dəfə artıra bilər. Vulkanlarla bağlı da eyni yanaşma tətbiq olunmalıdır".

Qurban Yetirmişli palçıq vulkanlarının fəaliyyəti ilə seysmik proseslər arasındakı əlaqəyə də toxunub. Onun sözlərinə görə, zəlzələlər Yer daxilində gedən geodinamik proseslərin nəticəsidir: "Zəlzələlər necə baş verir? Bunlar Yer daxilində gedən geodinamik proseslərin nəticəsidir. Buraya Yer qabığında baş verən hərəkətlər, sıxılmalar, gərilmələr və tektonik blokların yerdəyişməsi daxildir. Zəlzələlər ilə vulkanik proseslər arasında da müəyyən əlaqə mövcuddur. Bu əlaqə həm zəlzələdən sonra, həm də zəlzərədən əvvəlki hazırlıq mərhələsində özünü göstərə bilər. Yaxın zamanda Xəzərdə 4,1 maqnitudalı zəlzələ də qeydə alınmışdı. Məsafə baxımından bu ərazi o qədər də uzaq deyil. Ondan əvvəl də 3,1 və 3,2 maqnitudalı xırda təkanlar baş vermişdi. Bu proseslər vulkanın püskürməsinə müəyyən təsir göstərə bilər. Düzdür, dediyim kimi, Yer daxilində gedən geodinamik proseslər öz-özünə baş vermir. Burada sıxılma və gərilmə prosesləri gedir. Vulkanların püskürməsi də əsasən bu proseslərin nəticəsində baş verir. Yer daxilində olan boşluqlarda flüidlərin, xüsusilə qazların toplanması təzyiqin artmasına və nəticədə partlayışa səbəb ola bilər. Alovlanma isə əsasən həmin qazların yanması ilə bağlıdır. Burada xüsusilə metan qazının yanması mühüm rol oynayır. Digər flüidlər və brekçiyalar da həmin partlayış nəticəsində müəyyən dərinliklərdən səthə doğru hərəkət edərək püskürür.

Hazırda mütəxəssislər tərəfindən proseslə bağlı araşdırmalar aparılır. Vulkanın püskürməsinin hansı dərinlikdən başladığı, neçə fazadan ibarət olduğu, nə qədər davam etdiyi, nə qədər enerji ayrıldığı və digər parametrlər müəyyənləşdirilir. Bütün bu göstəricilər təhlil edilərək püskürmənin xüsusiyyətləri və səbəbləri daha dəqiq qiymətləndiriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri