Icma.az
close
up
RU
Su resurslarının qorunması və idarə olunması strateji əhəmiyyət daşıyır

Su resurslarının qorunması və idarə olunması strateji əhəmiyyət daşıyır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının strateji mahiyyətini bir daha ortaya qoydu. Müzakirələr onu göstərdi ki, su məsələsi artıq təkcə sosial təminatla məhdudlaşmır, milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və ekoloji tarazlıqla birbaşa bağlı olan kompleks sahəyə çevrilib. Son illərdə ölkədə həyata keçirilən ardıcıl regional inkişaf proqramları nəticəsində əsas infrastruktur boşluqları aradan qaldırılıb. Elektrik enerjisi ilə təminat tam əhatəli xarakter alıb, generasiya gücləri daxili tələbatı üstələyib və ixrac imkanları formalaşıb. Vaxtilə enerji qıtlığı və idxaldan asılılıqla üzləşən sistem bu gün vahid idarəetmə mexanizmi ilə fəaliyyət göstərən, regional bazarlara çıxış imkanları olan dayanıqlı şəbəkəyə çevrilib. Eyni yanaşma qaz təchizatı sahəsində də tətbiq olunub və əhalinin 96 faizi təbii qazla təmin edilib.

Yol infrastrukturu sahəsində aparılan genişmiqyaslı layihələr ölkə üzrə vahid iqtisadi məkanın formalaşmasına xidmət edib. Magistral və yerli yolların, körpü və tunellərin inşası regionlararası əlaqələri gücləndirib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə paralel şəkildə icra olunan enerji, yol, su və qaz layihələri həmin ərazilərin qısa müddətdə ümumi infrastruktur sisteminə inteqrasiyasını təmin edib. Su təsərrüfatı sahəsində görülən işlər isə ayrıca strateji xətt kimi diqqət çəkir. Son 20 ildə inşa edilmiş dörd iri su anbarı – o cümlədən “Taxtakörpü” və “Şəmkirçay” – Bakının və qərb bölgəsinin su təminatında həlledici rol oynayıb. Samur sularının “Ceyranbatan” anbarında ehtiyat kimi toplanması və bu anbarın müasir təmizləyici qurğularla yenidən qurulması paytaxtın uzunmüddətli su təhlükəsizliyini möhkəmləndirib. Azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin bərpası da xüsusi əhəmiyyət daşıyır. “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarlarının yenidən qurulması kənd təsərrüfatının inkişafına, əhalinin fasiləsiz su təminatına və ekosistemin bərpasına şərait yaradıb. Yaxın dövrdə “Həkəriçay” və “Bərgüşadçay” anbarlarının tikintisinə başlanması isə su ehtiyatlarının daha da gücləndirilməsinə hesablanıb.

Müşavirədə vurğulanan əsas məqamlardan biri də iqlim dəyişikliklərinin yaratdığı risklər oldu. Qlobal miqyasda müşahidə olunan quraqlıq, qeyri-sabit yağıntı rejimi və şirin su ehtiyatlarının azalması su resurslarının daha çevik, elmi əsaslarla idarə olunmasını zəruri edir. Bu şəraitdə məqsəd təkcə mövcud ehtiyatlardan istifadə deyil, onların qorunması, mövsümi yığım imkanlarının artırılması və dəqiq uçot sisteminin qurulmasıdır. Məhz bu çağırışlar fonunda Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıtı və Abşeron rayonunu əhatə edən 2026–2035-ci illər üçün Dövlət Proqramı qəbul edilib. On illik icra müddəti layihələrin mərhələli, keyfiyyətli və nəzarətli şəkildə həyata keçirilməsinə imkan yaradır. Maliyyələşmənin həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına təmin olunması proqramın real icra mexanizmlərinə malik olduğunu göstərir. Sənəddə qarşıya qoyulan əsas hədəflər kifayət qədər konkretdir. Təxminən 30 yeni su anbarının tikintisi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, magistral və paylayıcı şəbəkələrin yenilənməsi, itkilərin kəskin azaldılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faiz təşkil edirsə, proqramın icrası ilə bu göstəricinin 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Yağış və tullantı sularının idarə olunması da proqramın mühüm komponentlərindəndir. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması, Bakının 30 küçəsində yeni kollektor şəbəkələrinin qurulması leysan yağışları zamanı yaranan problemlərin qarşısını almağa yönəlib. Dənizə axıdılan suların tam təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi isə Xəzər hövzəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Proqramın ən yenilikçi layihələrindən biri Abşeron yarımadasında duzsuzlaşdırma zavodunun inşasıdır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə su mənbələrinin şaxələndirilməsinə, Bakıya daxil olan su həcminin artırılmasına və gələcək tələbatın ödənilməsinə imkan verəcək. Beləliklə, mövcud beş su mənbəsinə altıncı alternativ mənbə əlavə olunacaq və sistemin dayanıqlılığı daha da güclənəcək. Rəqəmsal idarəetmə, SCADA və IoT texnologiyalarının tətbiqi, itkilərin real vaxt rejimində monitorinqi və ictimai nəzarət mexanizmləri su sektorunda şəffaflığı və səmərəliliyi artıracaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd əhalini, sənayeni və kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq və uzunmüddətli ehtiyatları formalaşdırmaqdır.

Nəticə etibarilə, 2026–2035-ci illər üçün Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təhlükəsizliyinin təmin olunması baxımından keyfiyyətcə yeni mərhələdir. Bu proqram su sektorunu qısamüddətli həllərdən strateji planlamaya keçirməklə, paytaxt aqlomerasiyasının davamlı inkişafı üçün möhkəm əsas yaradır.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri