Icma.az
close
up
RU
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi Ekspert rəyi

Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi Ekspert rəyi

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Biznes mühitinin yaxşılaşdırılmasının əsas göstəricilərindən biri biznes subyektlərinin fəaliyyəti üçün zəruri olan infrastruktur səviyyəsindən və əlçatanlığından birbaşa asılıdır”.

Publika.az xəbər verir ki, bu fikirləri açıqlamasında iqtisadi ekspert Samir Heydərov bildirib.

Ölkə rəhbərliyi tərəfindən hər zaman bu istiqamətdə görüləcək işlərin diqqət mərkəzində olduğunu deyən ekspert bu ilin mayında “Su şəbəkələrinə qoşulma” işçi qrupunun təşkil etdiyi genişləndirilmiş iclasda su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün Vahid Pəncərə sisteminin yaradılması barədə keçirilən təqdimatları xatırladıb:

“Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb”.

Ekspertin fikrincə, iqtisadi islahatlar biznes subyektlərinin su sistemlərinə qoşulmasını asanlaşdırmaqla eyni zamanda şəffaflığı təmin edib. Bu da öz növbəsində biznes fəaliyyətini asanlaşdıraraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən amillərdən birinə çevrilib. Baxmayaraq ki, ölkəmizin su ehtiyatlarının 70-75 faizi ölkə xaricində formalaşır. Su və tullantı sularının axıdılması sisteminə qoşulma istiqamətində bir çox region ölkələrindən öndə olduğumuzu vurğulayan ekspert suyun qiymətinin region ölkələri ilə eyni olduğunu söyləyərək suyun 1 m3-nun qiymətinin Avropa Birliyinə daxil olan ölkələrdən çox aşağı olduğunu da diqqətə çatdırıb.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə daxili mənbələr hesabına formalaşan su ehtiyatlarının olması kənd təsərrüfatının inkişafı üçün regionda böyük imkanlar yaradır.

Məlumat üçün qeyd edək ki, ölkəmizdə adam başına aylıq su norması sayğac quraşdırılmayan istehlak qrupları üçün 5 m3 təyin edilib. Yeni sərəncam həm biznesin inkişafına, həm də sudan effektli istifadəyə zəmin yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see130

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see126

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see125

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see124

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see123

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see122

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see121

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see119

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see117

Alimlər ən qədim quşlardan birini aşkar etdilər

04 Mart 2025 15:58see115

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see114

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see114

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see113

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see113

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see112

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see112

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see112

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see112

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see110

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri