Icma.az
close
up
RU
Su təchizatına aid növbəti 5 VACİB SUALIN 5 CAVABI KONKRET

Su təchizatına aid növbəti 5 VACİB SUALIN 5 CAVABI KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar.

KONKRET.az xəbər verir ki, bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var. ADSEA-nın “İri Şəhərlərin Su Təchizatı” həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir.

“5 sual, 5 cavab” rubrikasının növbəti sual və cavab paketini təqdim edirik.

– Mexaniki tipli sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?

İstehlakçı sukanal idarəsi nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 aylıq dövrdə (istehlak dövrü 12 aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Bu normaya əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır.

Eyni zamanda https://my.gov.az/ elektron hökumət portalına daxil olaraq “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən istifadə etməklə mexaniki sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş – faktura əldə edə bilərsiniz.

– Su təchizatı xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair hara və necə müraciət edim?

İstehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (Sudan İstifadə Qaydalarının 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) məqsədilə https://my.gov.az/ elektron hökumət portalına, “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti” elektron xidmətinə, sukanal idarəsinə, ASAN Xidmət, ASAN Kommunal və Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlidir.
5 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunur. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.

– Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün hara müraciət edim?

ASAN Xidmət və ASAN Kommunal Mərkəzlərinə, Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlisiniz. Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün “Texniki şərt”in verilməsi ilə bağlı abonentə 30 təqvim günü ərzində cavab verilir.

– Su istifadəsinə görə yaranan borc barədə necə dəqiqləşdirmə apara bilərəm?

https://my.gov.az/ elektron hökumət portalında “Borcun araşdırılması üzrə müraciət” elektron xidmətindən istifadə etməklə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda yaranmış borcun araşdırılması ilə bağlı müraciət edə bilərsiniz.

– Mexaniki sayğac işləmədikdə sərf edilmiş suyun həcmi hansı qaydada hesablanır?

Mexaniki sayğac işləmədikdə, yeni sayğac quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
Siz https://my.gov.az/ elektron hökümət portalına daxil olaraq “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” elektron xidmətimizdən istifadə etməklə mexaniki sayğacın dəyişdirilməsinə müraciət edə bilərsiz.

Qeyd: “İri Şəhərlərin Su Təchizatı” QSC-nin “5 sual, 5 cavab” rubrikasında təqdim etdiyi iki maarifləndirici mətnin linkləri:

https://isst.gov.az/news/0601202616
https://isst.gov.az/news/2002202638

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 İyul 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri