Icma.az
close
up
RU
Su təsərrüfatı sahəsində illərlə yığılıb qalan problemlərin kompleks şəkildə həllinə imkan yaranacaq

Su təsərrüfatı sahəsində illərlə yığılıb qalan problemlərin kompleks şəkildə həllinə imkan yaranacaq

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Günümüzdə milli təhlükəsizlik, ərzaq təhlükəsizliyi kimi su təsərrüfatı sahəsində də təhlükəsizliyin təmin olunması, artmaqda olan istər qlobal, istərsə də yerli təhdidlərin vaxtında qarşısının alınması ən vacib məsələlərdən biridir. Bu mənada bu günlərdə Cənab Prezidentin sədrliyi ilə keçirilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə xüsusi əhəmiyyət daşıyırdı. İlk növbədə onu qeyd etmək lazımdır ki, belə müşavirə su probleminin dövlət səviyyəsində prioritet məsələ kimi dəyərləndirildiyini nümayiş etdirir. Dövlət başçısının rəhbərliyi ilə keçirilən müzakirələr su ehtiyatlarının qorunması və səmərəli istifadəsinin ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu təsdiqləyir. Xüsusilə su qıtlığı risklərinin artdığı bir şəraitdə bu məsələ milli təhlükəsizlik kontekstində aktuallaşır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki. müşavirənin mühüm əhəmiyyətindən biri də mövcud problemlərin obyektiv və kompleks şəkildə təhlil olunmasıdır:
“Suvarma sistemlərinin köhnəlməsi, su itkilərinin yüksək olması, idarəetmədə pərakəndəlik və regionlar üzrə su təminatında bərabərsizliyin mövcudluğu dövlət səviyyəsində açıq şəkildə müzakirə olunur. Bu isə problemlərin gizlədilmədən, real vəziyyət əsasında həll yollarının müəyyənləşdirilməsinə imkan yaradır. Hesab edirəm ki, sözügedən müşavirə həm də bu sahədə illərlə yığılıb qalan problemlərin kompleks şəkildə həllinə imkan yaradacaq”.
Deputat qeyd edib ki, müşavirədə dövlət başçısının əsas diqqət yetirdiyi məsələlərdən biri də Bakı və Abşeron rayonunun su, kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı oldu:
“Etiraf etmək lazımdır ki, paytaxtın kanalizasiya sistemi günümüzün reallığı, inkişaf dinamikamız ilə paralel deyil. Paytaxta yağan yağış Bakının bir sıra ərazilərində zaman-zaman ciddi problemlərə yol açıb. Bu problemlərin həlli, paytaxtın kanalizasiya sistemlərinin yenidən qurulması müşavirədə müvafiq qurumlar qarşısında ciddi vəzifə kimi qoyuldu”.
İlham Məmmədov diqqətə çatdırıb ki, müşavirənin kənd təsərrüfatı baxımından da əhəmiyyəti böyükdür:
“Suvarma problemlərinin həlli kənd təsərrüfatında məhsuldarlığın artmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə və regionların sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Bu, eyni zamanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi deməkdir. Qısacası, Prezidentin su təsərrüfatı ilə bağlı müşavirəsi təkcə cari problemlərin müzakirəsi deyil, həm də ölkənin su siyasətinin gələcək konturlarının müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri