Icma.az
close
up
RU
Suallar tərtib olunarkən daha diqqətli olmaq lazımdır Ekspertdən Təhsil İnstitutuna TÖVSİYƏ

Suallar tərtib olunarkən daha diqqətli olmaq lazımdır Ekspertdən Təhsil İnstitutuna TÖVSİYƏ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, respublika fənn olimpiadalarının yarımfinal mərhələsində səhvlərə yol verilib. Bu da təhsil ictimaiyyətində narazılıqlara səbəb olub. Təhsil İnstitutu isə etiraf edərək bildirib ki, sözügedən yarışmada 4 səhv olub.

Bəs respublika əhəmiyyətli olimpiadalarda niyə belə səhvlərə yol verilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti İlqar Orucov bildirdi ki, respublika fənn olimpiadasının yarımfinal mərhələsində 9 sualda səhv olmasını professor Rəşid Əliyev qeyd edib.

"Suallarla tanış deyiləm. İddianın ədalətlilik dərəcəsini bilmirəm. Eyni zamanda fənn olimpiadasını keçirən qurum Azərbaycan Respublikasının Təhsil İnstitutudur. Təhsil İnstitutu bu iddiaları rədd edir və 4 sualda texniki səhv olduğunu bildirir. Həmin texniki səhvlər iştirakçıların xeyrinə həll olunub. Olimpiada prosesinin genişlənməsinin tərəfdarıyam. Zamanında xüsusi istedadlı şagirdlərlə bağlı dövlət başçısının imzaladığı dövlət proqramı var idi. Həmin dövlət proqramının icrasında iştirak etmişəm".

Ekspert qeyd etdi ki, olimpiada hərəkatının genişlənməsi istiqamətində Təhsil İnstitutunun gördüyü işlər danılmazdır.

"Hansısa olimpiadada suallar tərtib olunarkən daha diqqətli olmaq lazımdır. Prosesin kifayət qədər çətin olduğunu başa düşürəm. Biz Azərbaycan bayrağını yalnız idman yarışlarında deyil, təhsil sahəsində də qaldırmalıyıq. Əsas odur ki, problemlərin aradan qaldırılması üçün səylər göstərilsin. Faydalı tənqid, peşəkar tənqid vacibdir. Amma bu, nəyisə qaralamaq naminə olmamalıdır. Rəşid müəllimi şəxsən tanımıram. Alim kimi, həmkar kimi hörmətlə yanaşıram. İstəyərdim ki, Rəşid müəllimin bu istiqamətdə bacarıqları varsa, həmin bacarıqlar məhz nöqsanların olmaması naminə səfərbər olunsun. Məqsədimiz birdir. Suallar hazırlanarkən məsuliyyəti dərindən başa düşməliyik. 4 il Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunmuşam. Bilirəm ki, Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun marağı inkişafdır", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri