Icma.az
close
up
RU
Gənclərimiz magistr təhsilini harada alsınlar? Ekspertdən TÖVSİYƏ

Gənclərimiz magistr təhsilini harada alsınlar? Ekspertdən TÖVSİYƏ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Müasir dövrdə bir çox tələbə magistratura təhsilini davam etdirmək üçün seçim qarşısında qalır: Azərbaycanda qalmaq, yoxsa xarici ölkələrdə təhsil almaq.

Magistratura səviyyəsində təhsilin Azərbaycanda alınması daha məqsədəuyğundur, yoxsa xaricdə?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, müasir dövrdə magistratura təhsilini davam etdirmək istəyən tələbələr üçün seçim yalnız coğrafi deyil, həm də strateji və gələcək perspektivlər baxımından önəm daşıyır:

"Həm Azərbaycanda, həm də xaricdə magistratura təhsili almağın üstünlükləri və çatışmazlıqları var və bu seçim fərdin məqsədləri, peşəkar hədəfləri, maddi imkanları və şəxsi inkişaf prioritetlərindən asılı olaraq dəyişə bilər.

Azərbaycanda magistr təhsili almağın ən önəmli üstünlüklərindən biri tələbənin yerli əmək bazarına inteqrasiyasının daha asan olmasıdır. Yerli universitetlərdə alınan təhsil proqramları əksər hallarda ölkədəki mövcud qanunvericilik, təhsil sistemi və idarəetmə mexanizmləri ilə sıx bağlıdır. Xüsusilə dövlət qurumlarında və yerli özəl sektorda çalışmaq istəyən tələbələr üçün bu, mühüm üstünlükdür. Həmçinin ailədən uzaq düşməmək, aşağı təhsil xərcləri və Azərbaycan dilində təhsil alma imkanı da bu seçimi daha cazibədar edə bilər.

Digər tərəfdən, xaricdə magistratura təhsili tələbəyə qlobal biliklər qazanmaq, fərqli pedaqoji modellərlə tanış olmaq və beynəlxalq elmi mühitə inteqrasiya imkanı yaradır. Qərb universitetlərində akademik azadlıq, tədqiqat yönümlü təhsil və fərdi yanaşma kimi dəyərlər daha çox ön plandadır. Bu da tələbənin tənqidi düşüncə bacarıqlarının formalaşmasına, elmi araşdırma vərdişlərinin inkişafına və qlobal şəbəkədə yer almasına şərait yaradır. Bundan əlavə, xaricdə alınmış diplom beynəlxalq əmək bazarında daha geniş fürsətlər təqdim edə bilər.

Ancaq burada qeyd edilməli əsas məqam budur: təhsilin keyfiyyətini yalnız coğrafi yer deyil, təhsil proqramının məzmunu, müəllim heyətinin səviyyəsi, akademik mühit və tələbənin şəxsi təşəbbüskarlığı müəyyən edir".

Ekspert qeyd etdi ki, Azərbaycanda da artıq bir sıra universitetlər beynəlxalq proqramlara uyğun magistr təhsili təqdim edir, xarici müəllimləri cəlb edir və qlobal elmi jurnallarda çap üçün tədqiqat imkanları yaradır. 

"Digər tərəfdən, xaricdə bəzi universitetlər yalnız kommersiya məqsədli fəaliyyət göstərdiyindən təhsilin keyfiyyəti gözlənilənin altında ola bilər.

Mən belə düşünürəm ki, tələbə ilk növbədə öz peşəkar istiqamətini müəyyənləşdirməli, hansı sahədə ixtisaslaşmaq istədiyini aydınlaşdırmalıdır. Əgər o sahə üzrə Azərbaycanda kifayət qədər akademik resurslar, təcrübəli mütəxəssislər və tədqiqat imkanları varsa, yerli təhsil tamamilə yetərlidir. Əgər isə bu imkanlar məhduddursa və tələbə daha geniş metodoloji yanaşmalar, interaktiv və tədqiqat əsaslı proqramlarla təhsil almaq istəyirsə, bu zaman xarici universitetlər daha uyğun ola bilər.

Nəticə olaraq, magistratura təhsili ilə bağlı qərar fərdi və məqsədyönlü olmalıdır. Əsas məsələ – harada deyil, necə və nə üçün oxumaqdır. Hədəfli və motivasiyalı şəkildə seçilmiş magistr proqramı, istər Azərbaycanda, istərsə də xaricdə olsun, şəxsin intellektual və peşəkar inkişafına böyük töhfə verəcək" , - deyə Əmrah Həsənli vurğuladı 

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri