Subaşiçdən “Neftçi”yə dəstək: Komanda “Qarabağ”ı məğlub edə bilər
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"la oyunda mütləq "Neftçi"yə azarkeşlik edəcəyəm". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç deyib.
44 yaşlı keçmiş hücumçu sabah keçiriləcək Azərbaycan derbisi – "Qarabağ" - "Neftçi" matçı ilə bağlı fikirlərini bölüşüb:
"Neftçi" bu mövsüm çox yaxşı təsir bağışlayır. İnanıram ki, komanda yaxın zamanda daha da mükəmməl oynayacaq. Çünki daha yaxşı nəticələrə layiqdir. "Neftçi" həmişə Azərbaycanın flaqmanı olaraq qalacaq. İrəli, "Neftçi"!
Subaşiç ötən tur qolsuz heç-heçə ilə başa çatan "Neftçi" - "Sabah" qarşılaşmasını da izlədiyini bildirib.
O, komandanın sərgilədiyi oyundan razı qaldığını vurğulayıb:
"Neftçi"nin "Sabah"la görüşünü də izlədim. Komanda yaxşı oyun sərgilədi. Belə mübarizəyə görə futbolçulara əhsən düşür. Düşünürəm ki, "Neftçi" "Qarabağ"ı məğlub edə bilər. Buna ümid edirəm".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 19:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















