Branimir Subaşiçdən Neftçi yə məsləhət
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Bu, son 15 ildə Azərbaycanda ən gərgin keçən və maraqla gözlənilən derbidir". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç deyib.
43 yaşlı veteran hücumçu Misli Premyer Liqasının 31-ci turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Matç barədə proqnoz verə bilməyəcəyəm. Açıq oyun olacağına və daha çox qol vurulacağına ümid edirəm. Bu görüşdə kimə azarkeşlik edəcəyəm? "Qarabağ" çox yaxşı komandadır. Heyətində yetəri qədər yaxşı oyunçular var. Amma "Neftçi"nin karyeramda xüsusi yeri var.
Subaşiç neçə mövsümdür ki, yaxşı çıxış edə bilməyən "Neftçi"yə məsləhət də verib:
"Növbəti mövsüm üçün yaxşı heyət qurulmalıdır. Ümid edirəm ki, belə də olacaq. Komanda bəzi oyunçularla vidalaşacaq. "Neftçi" daha yaxşısına layiqdir".
Qeyd edək ki, Branimir Subaşiç 2005-2008-ci illərdə "Neftçi"nin, 2013-cü ildə "Qarabağ"ın formasını geyinib. O, 2007-2013-cü illərdə Azərbaycan millisinin uğurları üçün çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















