“Subbakalavrlar da kredit götürə bilsinlər” Elçin Əfəndidən təklif
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub. Bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Elnarə Akumova çıxış edib. Deputat deyib ki, təhsil kreditinin meyarlarında valideynin işləməsi ilə deyil, ailənin real gəliri nəzərə alınmalıdır:
“Valideynlərin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Həyatın reallığı göstərir ki, hər iki valideyni işləyən, lakin gəliri zəruri ehtiyacları ödəməyən ailələr də çoxdur. Kirayə haqqı, kommunal xərclər, müalicə və digər xərclər və bəzən eyni ailədə bir neçə övladın təhsil alması ailənin büdcəsinə ciddi yük yaradır. Ona görə də təhsil kredinin meyarları müəyyən edilərkən yalnız valideynin işləməsi deyil, ailənin sosial yükü və gəliri də nəzərə alınmalıdır. Daha ünvanlı və ədalətli mexanizm yaradılmalıdır. Hər iki valideyni işləyən, ancaq ailənin maddi vəziyyəti ilə bağlı real çətinlik yaşayan istedadlı tələbələr də güzəştli təhsil kreditdən yaralanmalıdır”.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, Təhsil Tələbə Kreditinin verilməsi məsələsində qaydalarında müəyyən yumşalamalar edilməli, bəzi qərarlar ailə büdcəsinn real imkanları nəzərə alınaraq verilməlidir:
- Elə ailələlər var onların ümumi ailə büdcəsi imkan vermir li konkret olaraq krediti ödəyə bilsinlər və ya kredit götürə bilsinlər. Meyarlar buna imkan vermir. Bu nöqteyi-nəzərdən standart kreditlərin verilməsi zamanı bəzi amillər nəzərə alınmalıdır. Sosial kreditlərdə də əlavə imtiyazlar tanınsa yaxşı olar. Həm də bu əhatəliyi artırmaq lazımdır. Məsələn, subbakalavrlar kredit götürə bilsunlər, təhsilin digər pilləsində olanlara da bu imkan verilməlidir ki, onlar da Təhsil Tələbə Kreditindən faydalansınlar. Nəzərə almalıyıq ki, Təhsil Tələbə Kredit Fondu cənab Prezidentin müvafiq fərmanı ilə təsis edlib. Bu, təhsilin əlçatanlığının təmin olunmasına əsaslanır və prioritetlərdən biridr. Ona görə də qaydalarda, şərtlərdə müəyyən yumşalmalara gedilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 11 Sentyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















