Icma.az
close
up
RU
Subbakalavrların universitetə yolu bağlanır? Ekspert səbəbləri AÇIQLADI

Subbakalavrların universitetə yolu bağlanır? Ekspert səbəbləri AÇIQLADI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzi tərəfindən 150 ballıq ixtisasların sayının artırılması ilə bağlı verilən məlumat subbakalavrlar arasında etirazla qarşılanıb. Qeyd olunur ki, 150 ballıq ixtisaslar artırıldığı üçün subbakalavrların qəbulu üçün artıq yer qalmayacaq. Ekspertlər isə bildirirlər ki, bu, kolleclərdə yerlərin boş qalmasına səbəb olacaq. Çünki bir sıra şəxslər sonradan universitetdə təhsil almaq imkanı əldə etmək üçün kollecləri seçirlər.

Subbakalavrların şansı həqiqətənmi azalıb?

Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Azərbaycanda kollecə daxil olan tələbələrin hər biri düşünürdü ki, bu, onlar üçün bir tramplindir və gələcəkdə mütləq imtahansız hansısa bir ali təhsil müəssisəsinə qəbul ola biləcəklər:

"Amma artıq bir neçə ildir qəbuldan kənarda qalan tələbələr var idi, amma bu il ümumiyyətlə onların şansı çox az qiymətləndirilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə tərəfindən 150 ballıq yeni ixtisasların siyahısı da açıqlanıb. Açıqlamadan sonra birinci və ikinci qruplar üçün bir şansı olan subbakalavrın demək olar ki, şansı sıfıra yaxınlaşıb. 2027–2028-ci tədris ilində ümumiyyətlə kollecləri yəqin ki, çox az sayda adam seçəcək.

Bu, ancaq onunla əlaqədardır ki, ümumi ortalama balını kolleclərdə yüksək etməklə müəyyən ali təhsil müəssisələrində təhsil almaq imkanları yaranırdı. Eyni zamanda, bundan əvvəl də ali təhsil müəssisələri subbakalavrlarla bağlı etirazlarını səsləndirmişdilər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Texniki Universitet birmənalı olaraq 2024–2025-ci tədris ilindən etiraz etməyə başlamışdılar ki, biz subbakalavrları qəbul etmirik. Çünki onlar artıq tədris müddətində kifayət qədər digər tələbələrdən geri qalırlar və ayaqlaşa bilmirlər".

Onun sözlərinə görə, bu məsələlərdə müəyyən qədər düşünməyə ehtiyac var:

"Mən keçən dəfə də təklif etmişdim ki, subbakalavrlar ali təhsil müəssisələrinin nəzdində bir dərəcə, səviyyə olmalıdır. Yəni subbakalavr, bakalavr, magistratura və doktorantura səviyyələri kimi. Artıq Azərbaycanda kolleclərin çoxu onsuz da ali təhsil müəssisələrinin nəzdindədir. Elə yaxşı olar ki, bunları bir pillə kimi qeyd etmək, ali təhsil müəssisələri ona ciddi nəzarət edə bilsinlər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Avqust 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri