Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev Dünya Kubokuna qələbə ilə başlayıblar
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın iki boksçusu Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.
Fanat.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Sübhan Mamedov (50 kq) 1/8 finalda hindistanlı Rişi Singlə üz-üzə gəlib.
Hər 3 raundu xeyrinə bitirən Azərbaycanın dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeitini (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçu 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.
Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə yollanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 İyun 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















