Sübhan Mamedov: “İlk məqsədim Olimpiya qızılıdır”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Yarış yaxşı keçdi. Komanda olaraq yarışa yaxşı hazırlaşmışdıq. Gecənin döyüşünü mən nokautla başa vurdum”.
İdman.Biz bildirir ki, bu sözləri “İBA Çempionlar Gecəsi”nin iştirakçısı, boksçu Sübhan Mamedov filippinli Riçard Qard üzərində qələbədən sonra deyib.
“Məşqçilər heyətinə, Boks Federasiyasına və məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. İnşallah bu arenalarda sizi daha çox sevindirəcəyik. İrəlidə sentyabr ayında Avropa çempionatı var. Ora hazırlaşırıq. İnşallah orada da qələbə qazanacağıq”, - Mamedov bildirib.
İdmançı həvəskar və peşəkar boks arasındakı fərqdən də danışıb: Həvəskar və peşəkar boks arasında fərq burada raundların çoxluğu və döyüşün daha sərtliyindədir”.
Sübhan Mamedov hazırda ilkin məqsədinin Olimpiya qızılı olduğunu bildirib. Bokçsu Olimpiya qızılından sonra peşəkar rinqə keçəcəyini istisna etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 İyul 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















