Icma.az
close
up
RU
“Sübhan Məmmədov uzunmüddətli olaraq liderlər sırasına daxil olub” Nəriman Abdullayevin ə MÜSAHİBƏSİ

“Sübhan Məmmədov uzunmüddətli olaraq liderlər sırasına daxil olub” Nəriman Abdullayevin ə MÜSAHİBƏSİ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Beynəlxalq Boks Assosiasiyasının (IBA) xətti ilə keçirilən, lakin Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınmayan boks üzrə dünya çempionatı ətrafında müzakirələr səngimir. Qeyd edək ki, Beynəlxalq Boks Assosiasiyasının təşkil etdiyi turnirə azərbaycanlı boksçular da qatılmışdılar.

Bəs bu turnirdə idmançılarımızın nəticələrindən razı qalmaq olarmı?

İdman.Biz bu və digər suallarla Azərbaycanın əməkdar məşqçisi, boks üzrə milli komandanın baş məşqçisi Nəriman Abdullayevə müraciət edib.

- Əlbəttə, razı qalmaq olar. Necə razı qalmayaq ki, boksçularımız üç medal qazanıblar və onlardan biri qızıldır? Təbii ki, medalların sayı, məsələn, dörd olsaydı, daha da məmnun qalardım. Amma Dubayda keçirilən və son dərəcə sərt rəqabətin hökm sürdüyü bu çempionatda üç medal da kifayət qədər yaxşı nəticədir.

- Amma yaxın keçmişin tanınmış boksçusu Şahin İmranov super ağır çəkidə bürünc medal qazanan Məhəmməd Abdullayevin çıxışı ilə bağlı sərt fikir səsləndirib. İmranov bildirib ki, son dövrlər Abdullayev, yumşaq desək, inkişaf etmir və artıq üç il əvvəlki səviyyəsində deyil.

- Mən İmranovla razıyam. Məhəmməd həqiqətən əvvəlki Məhəmməd deyil, sanki yerində sayır. Amma ədalət naminə qeyd etməliyəm ki, onun yarımfinaldakı rəqibi - rusiyalı David Surov çox güclü idi. Hətta Məhəmməd indiki vəziyyətindən daha yaxşı formada olsaydı belə, onu məğlub edə biləcəyinə əmin deyiləm. Təsadüfi deyil ki, həmin rusiyalı boksçu dünya çempionu oldu.

- Bəs digər bürünc medalçımız Alfonso Dominqes barədə nə deyə bilərsiniz?

- Alfonso texnika və taktika hesabına sakit şəkildə yarımfinala qədər irəlilədi, amma az-çox ciddi rəqiblə qarşılaşan kimi uduzdu. Yeri gəlmişkən, onu məğlub edən özbək boksçu Turabek Həbibullayev finalda məğlub oldu.

- Və təbii ki, Sübhan Məmmədovla bağlı sual verməmək olmaz. O, tariximizdə cəmi dördüncü yerli dünya çempionumuz oldu. Təəssüf ki, ondan əvvəl dünya çempionu olan Ağası Məmmədov, Cavid Çələbiev və Elvin Məmişzadə necə tez parladılarsa, elə də tez sönüblər. Ağasının yolunu dəhşətli avtomobil qəzası kəsdi, digər ikisi isə sürətli enişə görə yalnız özlərini günahlandıra bilərlər. Sizcə, Sübhan dünya boksunun ən yüngül çəki dərəcəsində liderlər sırasına uzun müddətlik daxil ola biləcəkmi?

- Düşünürəm ki, bəli. Əminəm ki, onun uğurunu təkrarlamaq üçün bütün imkanları var. Təkrar demişkən, təəssüf ki, o, BOK tərəfindən tanınan WB versiyası üzrə Liverpulda keçirilən rəsmi dünya çempionatında məğlub oldu. Əks halda, bir il ərzində ikiqat dünya çempionu ola bilərdi və onun “legitimliyi” ilə bağlı bütün suallar aradan qalxardı. Sadəcə, Liverpulda erkən mərhələdə çox güclü türk boksçu ilə üzləşdi və bəxti gətirmədi. Buna baxmayaraq, mən hesab edirəm ki, Sübhan liderlər sırasına ciddi və uzunmüddətli şəkildə daxil olub.

- Sonda boksda hazırda mövcud olan faktiki ikihakimiyyətlilik barədə nə düşündüyünüzü soruşmaq istəyirəm. WB və IBO adlı iki beynəlxalq boks federasiyasının yaxın zamanda birləşəcəyinə inanırsınızmı?

- Açığı, inanmıram. Amma şəxsən mən, təbii ki, olimpiya boksunu dəstəkləyirəm. Təkcə mən yox, federasiyamızın hamısı. Çünki hamımız başa düşürük ki, ən yüksək səviyyədə təşkil olunan, ən nüfuzlu turnir belə Olimpiya Oyunlarını əvəz edə bilməz. Olimpiya Oyunlarında iştirak hər bir azərbaycanlı, eləcə də dünyanın istənilən ölkəsindən olan boksçunun arzusudur.

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri