Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Reallıqla fantaziyanın qovuşduğu döyüş növü Fariz Abdullayevin Ə EKSKLÜZİV MÜSAHİBƏSİ + FOTO

Reallıqla fantaziyanın qovuşduğu döyüş növü Fariz Abdullayevin Ə EKSKLÜZİV MÜSAHİBƏSİ + FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hollivud filmlərinin döyüş səhnələri bəzən tamaşaçılara fantastik təsir bağışlayır. Lakin bu səhnələrdə istifadə olunan bir çox texnika öz başlanğıcını “real aykido” adlanan döyüş sənətindən götürür. Adı kimi bu istiqamət gündəlik həyatda praktik tətbiqə əsaslanır və effektiv özünümüdafiə üsulu sayılır. Təsadüfi deyil ki, real aykido dünyanın bir çox ölkəsində mühafizəçilərin, təhlükəsizlik əməkdaşlarının və polislərin hazırlığında geniş tətbiq olunur.

Bu döyüş sənətinin texnikaları kifayət qədər sərt görünsə də, real aykido döyüşləri kənardan baxanda sanki bir rəqsi xatırladır — hərəkətlər bir-birinə qarışır və bütün incəlikləri yalnız yavaş çəkilişdə görmək mümkündür.

Bu döyüş növü Azərbaycanda da ildən-ilə auditoriyasını genişləndirir. Ölkədə bu sahənin lideri Azərbaycan Real Aykido Federasiyasının prezidenti, Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, 5-ci dan qara kəmər sahibi Fariz Abdullayevdir. O, İdman.biz-ə müsahibəsində ölkədə aykidonun real inkişafından, Stiven Siqal ilə görüşündən və bu sahənin fəlsəfəsindən danışıb.

- Sizin real aykidoda yolunuz necə başladı?

- Uşaqlıqda çox aktiv idim və döyüş janrında filmlərə böyük marağım vardı. Qohumlarımdan biri bunu gördü və mənə real aykido ilə məşğul olmağı məsləhət gördü. Həmişə yaxınlarımı qoruya biləcək qədər güclü olmaq istəyirdim. Beləliklə, bu yolla başladım.

- Uşaqlıqda kumiriniz kim idi?

- Təbii ki, bir nəfər deyildi: Brüs Li, Silvestr Stallone və Stiven Siqal. Maraqlısı budur ki, Stiven Siqaldan real aykido ilə məşğul olmağa başladıqdan sonra xəbər tutdum. Bu sahənin peşəkar idmançısı və dünya ulduzu olduğunu öyrənəndə çox təəccübləndim. O vaxtdan bəri onun pərəstişkarıyam.

Hətta onunla görüşmək də nəsib oldu. Bir dəfə məşqə gedirdim, Beynəlxalq Real Aykido Federasiyasının prezidenti, 7-ci dan qara kəmər sahibi professor İqor Petroviç zəng edib dedi ki, təcili “Facebook”a baxım. Məlum oldu ki, Stiven Siqal mənim videomu öz rəsmi səhifəsində paylaşaraq (o zaman 6 milyondan çox izləyicisi vardı, indi 9 milyondur) texnikam haqqında geniş yazı yazıb.

Təsadüfən, bir ay sonra Siqalın Azərbaycana səfəri planlaşdırılmışdı. Onun komandası ilə əlaqə saxladım və görüş istədim. Onlar mənim kimliyimi necə təqdim edəcəklərini soruşdular, mən isə “o məni tanıyacaq” dedim (gülür). Görüş çox yaxşı keçdi və gələcək səfərlərindən birində birgə seminar təşkil etməyə razılaşdıq.

- Heç döyüş filmində aktyor kimi çəkilməyi düşünmüsünüz?

- Belə bir təklif olsaydı, məmnuniyyətlə qəbul edərdim. Bacarıqlarımı bu janrda nümayiş etdirmək maraqlı olardı.

- Real aykido nədir və onun barədə məlumatlı olmayanlara bu döyüş sənətinin nə olduğunu necə izah edərdiniz?

- Bu, aykidonun 50 növündən biridir. Real aykido ənənəvi aykido, cüdo, ciu-citsu və digər döyüş növlərinin ən yaxşı elementlərini birləşdirən, praktik və sərt texnikaya əsaslanan universal istiqamətdir. Əsas məqsədi özünümüdafiədir.

Bu idman növü məni dözümlü, təmkinli olmağa və ekstremal vəziyyətlərdə ani, düzgün reaksiya verməyə öyrədib. Hər bir texnikanı minlərlə dəfə təkrarlayırıq ki, real hücum zamanı reflekslə cavab verə bilək. Real aykido digər döyüş növlərindən fərqli olaraq tamamilə proqnozlaşdırılmazdır. Məsələn, güləşdə idmançı rəqibini tutur və atır. Bizdə isə hərəkətlərin çox incə detalları var. Ekrandan baxanda bir çoxları bunun mümkün olduğuna inanmır, ta ki, məşqlərimizə gələnə qədər.

View this post on Instagram

A post shared by FARİZ ABDULLAYEV ??? (@farizofficial)

Real aykidonun fəlsəfəsi sadədir: bu növün banisi Lyubomir Vraçareviç deyirdi: “Real aykido zəifləri güclü, güclüləri isə mərhəmətli edir.” Ən önəmlisi təvazökarlıqdır. Onunla şəxsən tanış olanda sadəliyinə heyran qaldım.

- Onunla necə tanış oldunuz?

- 2001-ci ildə sarı kəmər imtahanında ilk dəfə onunla görüşdüm. 2012-ci ildə isə 3-cü dan qara kəməri ondan aldım. Təəssüf ki, bir il sonra vəfat etdi. Bu xəbər məni dərindən sarsıtdı. Ondan sonra real aykido dünyasında müəyyən parçalanmalar olsa da, inkişaf prosesi dayanmadı. Onun ən yaxşı tələbəsi İqor Petroviç Beynəlxalq Real Aykido Federasiyasını yaratdı və müəllimin yolunu davam etdirdi.

- Real aykidoda silahdan istifadə hansı rolu oynayır?

- Real aykido həmçinin silahla özünümüdafiə texnikalarını da əhatə edir. Məşqlərdə təhlükəsizlik məqsədilə tədris silahları tətbiq olunur. Mühafizə və polis əməkdaşlarının hazırlığında isə peşəkar avadanlıqdan istifadə edilir. Yeddi ölkənin prezidentinin şəxsi mühafizəçiləri də məhz bu texnikalar üzrə təlim keçib. Mən də real həyatda bir neçə hücumla qarşılaşmışam və əlavə vasitələr olmadan özümü müdafiə etmişəm.

- Kəmər dərəcələrini alma prosesi nə qədər vaxt aparır?

- Hər kəmər üçün müəyyən minimum hazırlıq müddəti var. Bu dövr bitdikdən sonra əsas məşqçinin qərarı ilə növbəti imtahana buraxılırsan. Məsələn, 1-ci dan qara kəməri almaq üçün idmançı ən azı 5–6 il real aykido ilə məşğul olmalı və 16 yaşı tamam olmalıdır. Ən yüksək mərhələ 10-cu dan qara kəmərdir və buna yalnız Lyubomir Vraçareviç sahib olub.

- Ən həyəcanlı imtahanınız hansı olub?

- Hər biri çətin və stressli idi. Əvvəllər kəmərlər barədə düşünmürdüm, amma mənə bu sahədə istedadımın olduğunu deyib imtahanlara qatılmağımı tövsiyə etdilər. Lakin ən böyük həyəcanı beynəlxalq arenada Azərbaycanı təmsil edərkən yaşamışam. İki dəfə Beynəlxalq Döyüş Sənətləri Festivalına dəvət almışam. Bu, sahəmizdə ən nüfuzlu tədbirdir. Mən və tələbəm real aykidonu dünyaya təqdim edən səkkiz idmançı arasında idik. Canlı yayımda 20 min nəfər bizi izləyirdi. Bu, həyatımın ən təsirli anlarından biri idi.

- Hansı nəticəni hədəfləyirsiniz?

- Mənim məqsədim vəzifə və ya kəmər deyil. Əsas olan sağlam həyat tərzini təbliğ etmək və bu idman növündə mümkün qədər uzun müddət fəaliyyət göstərməkdir.

- Azərbaycanda yüksək səviyyəli kəmər almaq mümkündürmü?

- Bəli. Əvvəllər bu məqsədlə idmançılar xaricə getməli olurdu. İndi isə elə sistem qurmuşuq ki, İqor Petroviç hər il Azərbaycana gələrək imtahanlar keçirir. Bu da əlavə xərcləri aradan qaldırır.

- Real aykido ilə məşğul olmağa neçə yaşdan başlamaq olar?

- 4 yaşdan. Beynəlxalq Federasiya 4–13 yaşlı uşaqlar üçün xüsusi proqram hazırlayıb. Bu proqram oyun elementlərini peşəkar təlimlə birləşdirir. Uşaqlar həm maraqla məşğul olur, həm də əsas bacarıqları öyrənirlər. Real aykido uşaqların hərəkət qabiliyyətini inkişaf etdirir, emosiyalarına nəzarət etməyi, intizamlı və səbirli olmağı öyrədir. Nəticədə onları yetkin həyata hazırlaşdırır. Bizdə yaş, cins və çəki məhdudiyyəti yoxdur. Hazırda klubumuzda həm kişilər, həm qadınlar, hətta 70 yaşadək məşq edənlər var.

- Real aykido ən çox hansı ölkələrdə inkişaf edib?

- Mərkəzi və vətən Serbiyadır. İkinci yerdə Azərbaycan gəlir. Daha sonra Qazaxıstan və Rusiyanı qeyd edə bilərəm.

Azərbaycan bu sahədə sürətlə mərkəzə çevrilir. Bu, həm cəmiyyətin marağı, həm də idmançılarımızın peşəkarlığı sayəsində mümkün olub. İndiyədək 11 beynəlxalq seminar təşkil etmişik. Son səkkiz ildə isə bütün kəmər dərəcələri üzrə imtahanlarda sabit şəkildə liderik.

- Real aykido Olimpiya idman növü deyil. Sizin üçün əsas nailiyyət nə sayılır?

- Bəli, bu, Olimpiya növü deyil, çünki yarış formatı yoxdur. Tarix boyu cəmi iki turnir keçirilib və hər ikisində ciddi xəsarətlər yaşandığı üçün bu döyüş növünün banisi yarışları qadağan edib.

Real aykido ilə məşğul olanlar üçün ən böyük nailiyyət mənəvi inkişaf və özünü, yaxınlarını qoruma bacarığıdır. Bu, mənim üçün istənilən medaldan daha dəyərlidir. Əlbəttə, digər idman növlərində medallar böyük əhəmiyyət daşıyır və bu sahələrdə ölkəmizi təmsil edən idmançılarla fəxr edirik.

Leyla Eminova

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see393

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see155

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri